Təhsil naziri Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alacaq tələbələrin növbəti qrupu ilə görüşüb

 

Təhsil naziri Mikayıl Cabbarov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin növbəti qrupu ilə görüşüb.

Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, görüşdə M. Cabbarov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb.

Nazir, eyni zamanda, tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş tələbələr təhsillərini Böyük Britaniya, ABŞ və İspaniyada bakalavriatmagistratura səviyyələrində davam etdirəcəklər.

 

Azərbaycan. - 2014.- 3 sentyabr.- S.4.