Yeni müasir bağça hərbi qulluqçuların uşaqlarının istifadəsinə verilib

 

Daxili Qoşunların hərbi qulluqçularının, onların ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması bu gün prioritet məsələlərdən biridir. Dåmək îlàr ki, hər il bütün hərbi hissələrdə müasir standartlara cavab verən yeni yaşayış binaları, yataqxanalar, sosial obyektlər istifadəyə verilirbu proses ardıcıl olaraq davam etdirilir.

Daxili Qoşunların mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsinin ərazisində yerləşən və hər cür şəraitə malik uşaq bağçasında tədris ilinin açılış mərasimi keçirilib.

Tədbirdə Daxili Qoşunların hərbi qulluqçuları və onların ailə üzvləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Daxili Qoşunlar komandanının müavini - maddi-texniki təminat idarəsinin rəisi, general-mayor Fəxrəddin Səmədov dövlətimiz tərəfindən uşaqların tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildirərək, onların intellektual inkişafında, düzgün tərbiyə olunmasında, eləcə də məktəbəqədər hazırlıqlarında bağçaların mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, bağçada hər qrupun özünəməxsus proqramı olacaqbuna uyğun gündəlik məşğələlər keçiriləcək. Məşğələlər əsasən ana dilindən, təbiətlə tanışlıqdan, ilkin riyazi biliklərdən, fiziki tərbiyədən və musiqidən ibarətdir. Şübhəsiz ki, bu tip fəaliyyətlərin balacaların sosial bacarıqlarının formalaşmasında, dünyagörüşlərinin artırılmasında əhəmiyyəti böyükdür.

Daha sonra bağçanın müdiri Şəbnəm Əliyeva, eləcə də valideynlər adından çıxış edən Mehriban Muradova müasir standartlara cavab verən uşaq bağçasının açılmasının onlar üçün sevindirici hal olduğunu bildiriblər.

Xüsusi vurğulanıb ki, bütün bunlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Daxili Qoşunların hərbçilərinə, onların ailələrinə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Sonra qonaqlar valideynlərlə birlikdə bağçanın otaqlarını gəzib, uşaqlar üçün yaradılan şəraitlə tanış olublar.

 

Azərbaycan. - 2014.- 3 sentyabr.- S.4.