“Azərbaycan
birinci dünya
müharibəsində” mövzusunda elmi-praktiki konfrans keçirilib
Sentyabrın 2-də Azərbaycan Vətən
Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatında
“Azərbaycan birinci dünya müharibəsində”
mövzusunda elmi- praktiki konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransda Milli Məclisin deputatları, veteranlar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış edərək bildirib ki, konfrans tarixi döyüşlərin 100 illiyinə həsr olunub.
Sonra Azərbaycan əsgərlərinin birinci dünya müharibəsində göstərdikləri şücaət və igidliklər mövzusunda məruzələr dinlənilib.
Konfransda
digər çıxış edənlər azərbaycanlıların
birinci dünya
müharibəsində göstərdikləri qəhrəmanlıqlardan
danışıblar.
Azərbaycan.
- 2014.- 3 sentyabr.- S.4.