Azərbaycanın daha
bir rəmzi
Xalqımıza məxsus
milli-mənəvi sərvətlər
sırasında xalçaların
özünəməxsus yeri
var. Ən qədim xalının 2500 yaşı
var. Bu, Bərdə (saqa-oğuz)
xalısı adlanır
və Qarabağda toxunub.
Müasirliyi və orijinal görkəmi ilə də diqqəti cəlb edən xalça muzeyi qapılarını sevimli
ziyarətçilərinin üzünə
açdı. Tədbirdə muzeyin direktoru Röya Tağıyeva muzey haqqında geniş məlumat verdi. Bildirdi ki,
binanın 1-ci mərtəbəsində
satış mərkəzi
yerləşir. Əsas ekspozisiyalar
2-ci, 3-cü və 4-cü mərtəbələrdədir.
İkinci mərtəbədə xalçanın inkişaf
texnologiyası və ənənələr haqqında
məlumatlar öz əksini tapıb. Dördüncü mərtəbədəki kinozalda isə xalça sənəti haqqında filmlər nümayiş olunur. Muzeydə quraşdırılmış xüsusi
monitor Azərbaycan xalçalarının
dünya kolleksiyalarında,
Avropa rəssamlarının
əsərlərində əks
olunduğunu göstərir.
R.Tağıyeva Azərbaycan xalçaları
barədə məlumat
verərkən vurğuladı
ki, iyirminci yüzilliyin ortalarında Altayda yerli türklər
qazıntı aparan zaman Basırıq kurqanlarında insanı heyrətə gətirən
maddi mədəniyyət
nümunələri aşkar
ediblər. Skit boylarına məxsus bu sənət əsərləri arasında salamat qalan və
rəngini belə itirməyən bir xalı da olub
ki, onun 2500 il öncə Qarabağda toxunduğu təsdiq edilib. Bununla da sübut olunub
ki, xalı və xalçalar ilk olaraq dünyanın ayrı-ayrı qütblərinə
Azərbaycandan yayılıb.
Maraqlıdır, bəs ən uzun xalı harada toxunub və ölçüləri
nə qədərdir?
Öyrəndik ki,
milli-mənəvi sərvət
və maddi mədəniyyət nümunələrindən
sayılan Azərbaycan
xalçaları bu gün İstanbulun "Topqapı", Nyu Yorkun "Metropoliten", Londonun "Viktoriya və Albert", Parisin
"Luvr" muzeylərində
nümayiş etdirilir. Londonun "Viktoriya və
Albert" muzeyində saxlanan
"Şeyx Səfi"
xalısı möhtəşəmliyinə
görə dünya xalçalarını çox-çox
geridə qoyur. Uzunluğu 56,12 metr olan xalı
1539-cu ildə Səfəvi
hökmdarı I Təhmasibin
sifarişi ilə Ərdəbil məscidi üçün toxunub. Həmin xalçanı, gözəl
sənət incisini təəssüf ki,
1893-cü ildə ingilislər
Londona aparmışlar.
Lakin Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həmin xalının təkrar nüsxəsi hazırlanaraq
Azərbaycan Müasir
İncəsənət Muzeyində
saxlanılır. Bu, əlbəttə, bütünlüklə
maddi mədəniyyət
abidələrinə, milli-mənəvi
sərvətə Heydər
Əliyev Fondunun qayğısıdır.
Orijinal üslubda inşa olunan bina bükülmüş
xalçanı xatırladır. Hazırda
muzeyin sərgi və fondlarında 15 minə yaxın eksponat var. Muzeydə xalça və xalça məmulatları,
metal, parça, geyim və tikmə, keramika, şüşə,
ağac, kağız,
zərgərlik əşyaları,
kitablar, fotoşəkillərdən
ibarət nadir kolleksiya
mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə
təqdimatı üçün
binada ideal şərait
yaradılıb. Muzeyin fondunda
mövcud olan xalça və xalça məmulatlarının
saxlanılması və
konservasiyası işi
2013-cü ildə Bakıya
dəvət edilmiş
və zəngin təcrübəsi ilə
bütün dünyada
məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının
konservasiyası üzrə
mütəxəssis Luis Squirerin
tövsiyələri və
tərtib etdiyi təlimatlar əsasında
aparılır.
Xalça muzeyinin ilk dəfə ölkəmizdə təşkili
bu qədim xalq sənətinin vətəninin Azərbaycan
olduğuna bir işarədir. L.Kərimov adına Azərbaycan
Xalçası və
Xalq-Tətbiqi Sənəti
Dövlət Muzeyi heç də təsadüfi olaraq milli mədəniyyətimizin
yeganə zəngin xəzinəsi hesab edilmir. Muzeydə Azərbaycan xalqının
milli mədəniyyəti
və incəsənətinin
daşıyıcısı olan, əsrlər boyu yaratdığı qədim, əvəzsiz xalça nümunələri
ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən
nümunəvi əsərləri
də toplanıb. Xalqımızın maddi və mənəvi irsinin saxlanc yeri sayılan Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi nadir xalçaların dəyərinə,
həmçinin əhəmiyyətinə
görə dünyada yeganədir.
Azərbaycan Prezidenti İlham
Əliyevin imzaladığı
sərəncamla xalça
muzeyinin yeni binasının tikilməsi
də məhz bu xəzinənin qorunmasına, yaşadılmasına
olan qayğının
təzahürüdür.
Müəllifi tanınmış avstriyalı
memar Frans Yants olan muzey
binasında Azərbaycan
xalçaçılıq məktəbinin bütün
istiqamətləri, yaşı
yüz illərlə ölçülən xalça
və xalça məmulatlarının geniş
çeşidi təqdim
edilir.
AMEA-nın akademiki Teymur Bünyadovun təbirincə
desək, "zaman keçəcək, əsrlər
əsrləri, minilliklər
minillikləri əvəz
edəcək, qoşa
dayanan mərkəzlər (Beynəlxalq Muğam Mərkəzi ilə Xalça Muzeyi) Xəzərin ayna sularının laylasında uyuyacaq, xalqımıza, millətimizə
şərəf, şöhrət
gətirəcək".
Tədbirdə Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin qədim musiqi alətləri və "Azərbaycan ritmləri"
mahnı və rəqs ansamblları muzey ziyarətçilərinə
xoş ovqat bəxş etdi.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.
- 2014.- 3 sentyabr.- S. 8.