Rəsmi qarşılanma
mərasimi
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi
səfəri
Azərbaycan Respublikasında rəsmi səfərdə
olan Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın sentyabrın 3-də rəsmi
qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət
bayraqlarının dalğalandığı meydanda
ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə
raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə
Prezidentinə raport verdi.
Türkiyənin və
Azərbaycanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və
Prezident Rəcəb Tayyib
Ərdoğan fəxri qarovul dəstəsinin
qarşısından keçdilər.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini
salamladı.
Azərbaycanın
dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib
Ərdoğana, Türkiyə nümayəndə heyətinin
üzvləri Prezident İlham
Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları
altında prezidentlərin qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyev
və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi foto
çəkdirdilər.
AzərTAc
Azərbaycan.-
2014.- 4 sentyabr.- S.1.