Geniş tərkibdə görüş
Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın Azərbaycana rəsmi səfəri
Sentyabrın 3-də təkbətək
görüş başa
çatdıqdan sonra Azərbaycan Prezidenti İlham
Əliyevin və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın nümayəndə
heyətlərinin iştirakı ilə geniş
tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
- Hörmətli cənab Prezident, əziz qardaşım!
Sizi
Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Fürsətdən istifadə edərək,
prezident seçkilərində
qazandığınız böyük
qələbə münasibətilə
Sizi bir daha ürəkdən təbrik edirəm. Bu qələbə bir daha onu
göstərdi ki, son illər ərzində gördüyünüz işlər
türk xalqı tərəfindən yüksək
qiymətləndirilir.
Biz çox şadıq ki, andiçmə mərasimindən
bir neçə gün sonra Siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, bir daha onu göstərir
ki, Türkiyə-Azərbaycan
əlaqələri dostluq,
qardaşlıq əlaqələridir
və bu əlaqələr ən yüksək pillədədir.
Bu gün təkbətək görüşümüzdə
əlaqələrimizin müxtəlif
istiqamətlərini müzakirə
etdik. Həm ikitərəfli,
həm beynəlxalq məsələlərlə bağlı
fikir mübadiləsi apardıq. Bir daha görürük
ki, bizim birliyimiz gündən-günə
güclənir. Bütün məsələlərlə
bağlı bizim fikrimiz eynidir və bir amalımız
var ki, biz Türkiyə-Azərbaycan dostluq-qardaşlıq
əlaqələrini uğurla
inkişaf etdirək.
Əminəm ki, bu səfər bu istiqamətdə atılan
önəmli addım
olacaqdır.
Bir daha xoş
gəlmisiniz!
X X X
Türkiyə Prezidenti
Rəcəb Tayyib
ƏRDOĞAN dedi:
- Çox dəyərli qardaşım, hörmətli
heyət üzvləri!
Sizləri
avqustun 10-da keçirilmiş
seçkilərdən sonra
etdiyim ilk rəsmi səfərimdə səmimi
qəlbdən öz adımdan və heyətim adından salamlayıram.
Artıq
Sizin də dediyiniz kimi, bu səfərlər qarşılıqlı olaraq
ənənə halı
alıb. Bunlar da
bir-birimizə məhəbbətimizin
nə qədər güclü olduğunu göstərir.
Bu gün təkbətək görüşümüzdə
xüsusilə Türkiyə-Azərbaycan
əlaqələrini geniş
şəkildə dəyərləndirmək
imkanımız oldu. Burada bütün sahələrlə
bağlı müzakirələr
apardıq, dəyərləndirdik
və heyətlərimizdəki
yoldaşlarımızla da
bunları inkişaf etdirməyə hazırıq.
Təbii
ki, Türkiyə-Azərbaycan
münasibətləri bundan
sonra daha fərqli bir şəkildə inkişaf
etməlidir. Hazırda xüsusilə
regionumuzdakı sıxıntılar
birgə həmrəylik
yolu ilə həll edəcəyimiz problemlərdir. Bu problemlərin - Türkiyə-Ermənistan
probleminin, eləcə
də Ermənistan-Azərbaycan
münaqişəsinin həlli
bir-biri ilə bağlı məsələdir.
Əgər Ermənistan-Azərbaycan münaqişəsi həll
olunarsa, Türkiyə
ilə Ermənistan arasındakı problem də
həllini tapacaq.
Amma bu münaqişə həll edilmədiyi təqdirdə, Türkiyə
ilə Ermənistan arasındakı vəziyyət
indiki kimi davam edəcək. Bunu əvvəllər də həmişə ifadə etmişik. Bu, bir daha bilinsin
deyə, yenə də söyləyirəm.
Bu məsələlərdəki
həmrəylimizi bundan
sonrakı müddətdə
də eyni qətiyyətlə davam etdirəcəyik. Bunun da xüsusilə bilinməsini
istəyirəm. Mən də
çox təşəkkür
edirəm.
AzərTAc
Azərbaycan.-
2014.- 4 sentyabr.- S.2.