Uelsdə Azərbaycan, Ermənistan prezidentlərinin

 və ABŞ dövlət katibinin birgə görüşü olub

 

Azərbaycan  Prezidenti İlham Əliyevin Böyük Britaniyaya isgüzar səfəri

 

Sentyabrın 4-də Uelsdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın və ABŞ dövlət katibi Con Kerrinin görüşü olub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

AzərTAc

Azərbaycan.-2014.- 6 sentyabr.- S.1.