NATO Azərbaycanı etibarlı tərəfdaş olaraq qəbul edir

 

Azərbaycanın xarici siyasəti çoxşaxəlidir. Bu siyasət dünyada gedən proseslərə təsir imkanları olan hər bir beynəlxalq təşkilatla əməkdaşlığı, qarşılıqlı münasibətlərin qurulmasını və inkişafını  özündə ehtifa edir. Azərbaycan üzvü olduğuya tərəfdaşlıq etdiyi hər bir təşkilatın ümdə prinsiplərinə daim sadiq qalıb, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. NATO ilə münasibətlərdə də Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulandan ötən 20 il ərzində daim əməkdaşlığı genişləndirmək xətti yürüdüb, bu təşkilatın ümumi işinə mühüm töhfələr verib.

Ötən 20 ildə yüksələn xətlə inkişaf edən Azərbaycan-NATO əlaqələri hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq kimi məsələləri əhatə edib. Bu əməkdaşlıq həm də strateji məzmun kəsb etməklə regionda Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən mühüm enerji layihələrinin təhlükəsizliyinin beynəlxalq səviyyədə həyata keçirilməsinə təminat yaradıb.

Antiterror koalisiyasının üzvü olan Azərbaycanın hərbi bölmələri bu müddətdə NATO qüvvələri tərkibində Əfqanıstanda və İraqda həyata keçirilən sülhyaratma missiyasında yaxından iştirak edib. Bu o deməkdir ki, Azərbaycan regional müstəvi ilə yanaşı, qlobal miqyasda da təhlükəsizliyə töhfə verən ölkədir. NATO rəsmiləri də münaqişə ocaqlarının söndürülməsində qlobal planda sülhsabitliyin təminatında Azərbaycanın potensialını yüksək qiymətləndirirlər.

Ötən dövrdə Azərbaycanın NATO-nun strukturları ilə də əlaqələri uğurla inkişaf edib. Bunu ölkəmizin 1999-cu il mayından NATO-nun Parlament Assambleyasının daimi müşahidəçisi, 2002-ci ilin noyabrından isə assosiativ üzvü olması da təsdiq edir.  2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ilin avqust ayında Prezident İlham Əliyev Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını Təsdiq edib. Bununla da Azərbaycanla alyans arasında əməkdaşlığın yeni mərhələsi başlayıb.

Təqdirəlayiq haldır ki, ölkəmizdə dəfələrlə səfərdə olan NATO rəsmiləri Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlardan razılıqlarını ifadə ediblər. Xüsusilə qeyd edilməlidir ki, NATO-nun üzvü olan dövlətlər də Azərbaycanın müxtəlif sahələrdə təşkilatla əməkdaşlığını yüksək qiymətləndirirlər. Digər tərəfdən, Azərbaycanın regiondakı rolununmövqeyinin artması alyansın ölkəmizə olan marağını daim artırır. Azərbaycanın yerləşdiyi bölgədə daha əhəmiyyətli rol oynamasını NATO üzvləri də yaxşı bilirona görə ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 4-də Uelsdə öz işinə başlayan NATO-nun sammitində iştirakı alyansla əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizə olan marağı növbəti dəfə ortaya qoydu. Qeyd edək ki, sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, təhlükəsizliyin təmininə töhfə verən silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraqSuriya böhranı ilə bağlı məsələlər daxil edilmişdi. Sammitin Əfqanıstan üzrə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ilk olaraq diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönlədib. Azərbaycanın regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynadığını və bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədənin Ermənistanın işğalçılıq siyasəti olduğunu bəyan edən Prezident İlham Əliyev həmçinin NATO-nun Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi yüksək qiymətləndirib. "Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçiribbunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir. Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək:" - deyə Prezident İlham Əliyev bildirib.

NATO-nun sammitində ən böyük iclas Əfqanıstan üzrə görüş olub. Bu iclasda 60-dan çox dövlət rəhbəri iştirak edib. Prezident İlham Əliyev ilk çıxış edən 10 dövlət başçısından biri olub. İlk olaraq Dağlıq Qarabağ problemindən söz açan Prezident İlham Əliyev iclasda iştirak edən dövlət başçılarına Ermənistanın işğalçılıq siyasəti və hazırda bu istiqamətdə vəziyyətin nə yerdə olması ilə bağlı məlumat verib.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın NATO ilə əməkdaşlığı barədə də ətraflı danışıb. Azərbaycan ilə NATO arasında tərəfdaşlığın 20 ili ərzində ölkəmizin alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrildiyini vurğulayaraq Əfqanıstanla bağlı görülən işlər barədə deyib: "Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir. Azərbaycan bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biridir. Azərbaycanın hərbi kontingenti lap ilkin vaxtlardan İSAF qüvvələrində xidmət edir. Azərbaycanın müxtəlif akademiyalarında Əfqanıstanın hüquq-mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə istehkam əməliyyatlarına sərf olunub".

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılan və NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirakdan başqa, alyansın Əfqanıstanla bağlı fəaliyyətinə siyasilogistik dəstək verir. Azərbaycanın Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna maliyyə yardımı da məhz NATO ilə əməkdaşlığın mühüm göstəricisidir. NATO rəsmiləri daim Azərbaycanın verdiyi hərtərəfli dəstəyə görə təşəkkürlərini bildiriblər.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 7 sentyabr.- S.1.