“The Economist” jurnalı: Dağlıq Qarabağ

 qanuni olaraq Azərbaycanın ərazisidir

 

Böyük Britaniyanın “The Economist” jurnalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən yazı yerləşdirilib.

Yazıda münaqişənin tarixindən bəhs edilir, hazırkı vəziyyəti təhlil olunur. Beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisi sayılan Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edildiyi bildirilir.

Qeyd edilir ki, beynəlxalq ictimaiyyət Ukrayna hadisələrində olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə də eyni ciddiliyi göstərməli, Ermənistana sanksiyalar tətbiq olunmalıdır.

 

Orxan İsmayılov

AzərTAc-ın xüsusi müxbiri

London

Azərbaycan.-2014.- 7 sentyabr.- S.1.