Bişkekdə akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi
ali məramlı şəxsiyyət
kimi” kitabı nəşr olunub
Bu
günlərdə Bişkekdə Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı
şəxsiyyət kimi” kitabı qırğız və rus
dillərində nəşr olunub.
AzərTAc
“Veçerniy Bişkek” (http://www.vb.kg/doc/285701_v_bishkeke_izdana_kniga_ob_osnovatele_azerbaydjanskoy_dinastii.html)
saytına istinadla xəbər verir ki, kitab Bişkekdəki
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək
Fondunun sifarişi ilə “Uluu Toolor” nəşriyyatında
çapdan çıxıb.
“Veçerniy
Bişkek” saytı yazır: “Fondun prezidenti Nüsrət Məmmədov
“Veçerniy Bişkek” saytına bildirib ki, kitab pulsuz
yayılacaq. Kitabı qırğız dilinə
tanınmış şair və tərcüməçi Mukan
Asanaliyev çevirib”.
Yazının
sonunda verilən məlumatda deyilir ki, Şah İsmayıl Səfəvi
və ya Birinci İsmayıl- sərkərdə və
şair, Səfəvilər sülaləsinin banisidir. O, 1501-ci
ildə Təbrizi istila edib və İranın Azərbaycan əyalətinin
şahı titulunu, 1502-ci ildə isə bütün
İranın şahı titulunu alıb. Birinci
İsmayılın dövründə Səfəvilər
dövlətinin ərazisi ən böyük həddə
çatıb. Onun qəzəlləri, “On məktub” epik
poeması, “Nəsihət kitabı” əsəri məlumdur.
Şah İsmayıl Xətai bütün türkdilli
poeziyanın inkişafına təsir göstərib, o, Azərbaycan
ədəbiyyatının və poeziyasının klassikidir.
Azərbaycan.-2014.- 7 sentyabr.- S.2.