Göyçay məktəbliləri
İsmayıllı, Qəbələ və Şəkiyə
ekskursiyadan zəngin təəssüratlarla
qayıtdılar
“Ölkəmizi
tanıyaq” layihəsi çərçivəsində sonuncu
ekskursiyanın ünvanı olan İsmayıllı-Qəbələ-Şəki
marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən
göyçaylı şagirdlər sentyabrın 6-da axşam
saatlarında rayona qayıtdılar.
AzərTAc
xəbər verir ki, tur-aksiyanın
iştirakçıları rayon rəhbərliyi, müəllimlər
və valideynlər tərəfindən
qarşılandılar.
Qrupun
rəhbəri, Göyçay şəhər 1 nömrəli
orta məktəbinin müəllimi Cəfər Əliyev
tur-aksiya haqqında məlumat verərək dedi: “Dörd
günlük səfər son dərəcə maraqlı və
yaddaqalan oldu. Bu səyahətin xoş təəssüratları
uzun zaman unudulmayacaq. Biz ekskursiya zamanı istirahət etməklə
yanaşı, bütün regionlarımızın gündən-günə
inkişaf etməsinin, gözəlləşməsinin
şahidi olduq. Bu ondan irəli gəlir ki, Azərbaycan
Prezidentinin müvafiq fərman və sərəncamları ilə
qəbul olunmuş regional inkişaf proqramları hər yerdə
uğurla icra olunur, abadlıq-quruculuq işləri çox
yüksək səviyyədə gedir. Marşrut boyu biz bu
inkişafı müşahidə etdik”.
Göyçay
şəhər 7 nömrəli orta məktəbinin 10-cu sinif
şagirdi Humay Paşayeva dörd günlük səfər təəssüratlarını
belə ifadə etdi: “Tur-aksiya çox maraqlı keçdi. Vətənimizin
təbiəti bizi valeh etdi. Qədim tarixi abidələrdə
olduq, İsmayıllının, Qəbələnin, Şəkinin
görməli yerlərini gəzdik. Xüsusən Şəki
Dövlət Tarix-Memarlıq Qoruğu və Şəki
xanlarının sarayı, İsmayıllı rayonun Lahıc qəsəbəsi,
qədim Qəbələnin müasir inkişafı məndə
yüksək təəssürat yaratdı. Tur-aksiyanın
təşkilatçılarına şagird
dostlarım adından minnətdarlığımı bildirirəm”.
Azərbaycan.-2014.- 7 sentyabr.- S.2.