Dünyada Azərbaycandan gözəl məkan
yoxdur
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə maarifləndirici tur-aksiyanın sonuncu iştirakçıları- qazaxlı şagirdlər sentyabrın 6-da rayona qayıtdılar.
AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayon rəhbərliyi, müəllimlər və valideynlər qarşıladılar.
Qrupun rəhbəri Əziz Məmmədov tur-aksiyanın yekunları haqqında məlumat verərək dedi: “Dörd günlük ekskursiyamız çərçivəsində gəzdiyimiz və ilk dəfə gördüyümüz yerlər şagirdlər üçün çox maraqlı idi. Bu səyahət onlarda doğma Vətənə olan məhəbbəti qat-qat artırdı. Əksəriyyəti ilk dəfə rayon ərazisindən kənara çıxan şagirdlərimiz İsmayılı, Qəbələ və Şəki rayonlarının görməli və gəzməli yerləri ilə tanış oldular. Gördülər ki, Azərbaycanın hər bir guşəsi gözəldir. Doğma Azərbaycanımız haqqında daha geniş məlumat topladılar. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk”.
Qazax şəhər 2 nömrəli tam orta məktəbinin X sinif şagirdi Kənan Rəfiyev ekskursiyanın yekunu ilə bağlı təəssüratlarını bu sözlərlə ifadə etdi: “İsmayıllı, Qəbələ və Şəki rayonlarının tarixi abidələri ilə böyük maraqla tanış oldum, görməli yerlərini gəzdim. İsmayıllıda qədim sənətkarlar məskəni Lahıcla, Qəbələdə “Beltmann” piano fabriki ilə, Şəkidə xan sarayına baş çəkdim. Bir daha başa düşdüm ki dünyada Azərbaycandan gözəl məkan yoxdur.
Bu gün biz və
Göyçay rayonundan
olan həmyaşıdlarımız Azərbaycan
Prezidenti İlham
Əliyevin tapşırığı ilə avqustun
1-dən sentyabrın 6-dək davam edən
“Ölkəmizi tanıyaq” maarifləndirici
tur-aksiyasının birinci mərhələsinin
sonuncu iştirakçıları olaraq səyahətimizi başa
vurub evimizə qayıtdıq.
Qarşıda tur-aksiyanın ikinci və üçüncü mərhələləri
var. Arzu edirəm ki, bu tur-aksiyalar
davamlı olsun və biz
Vətənimizin hər bir guşəsi
ilə tanış olmaq imkanı qazanaq. Biz məktəblilərə
bu şəraiti yaratdığına
görə Prezident İlham
Əliyevə tur-aksiyaların iştirakçısı olan bütün məktəblilər
adından minnətdarlığımı bildirirəm”.
Azərbaycan.-2014.- 7 sentyabr.- S.2.