Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı ilə təsdiq edilmiş Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 296                   Bakı şəhəri, 2 sentyabr 2014-cü il

 

 

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 991-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 619 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 384, ¹ 9, maddə 868, ¹ 12, maddə 1228; 2006, ¹ 10, maddə 902; 2008, ¹ 9, maddə 853, ¹ 12, maddə 1104; 2010, ¹ 6, maddə 548, ¹ 7, maddə 705; 2011, ¹ 5, maddə 445, ¹ 12, maddə 1248; 2012, ¹ 4, maddə 391, ¹ 5, maddə 491, ¹ 11, maddə 1200; 2014, ¹ 5, maddə 548; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 iyun tarixli 195 nömrəli qərarı)ilə təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.  2.3.1-ci yarımbənddən ", müddətin keçməsi ilə əlaqədar ləğvetmə prosesinə yenidən başlanılması" sözləri çıxarılsın.

2.  2.3.1-1-ci yarımbənddən ", həmin müddət uzadıldığı halda onun uzadılması müddəti haqqında məlumat" sözləri çıxarılsın.

3.  3.1.11-ci yarımbənd ləğv edilsin.

4.  3.2.5-ci yarımbənddən ", həmin müddət uzadıldığı halda onun uzadılması müddəti haqqında məlumat" sözləri çıxarılsın.

5.  4.10-cu bəndin "SM" və "LY" yarım bəndləri ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 9 sentyabr.- S. 2.