Natalia Qerman: “Azərbaycanın
təcrübəsi
Moldovanın
inkişafı üçün nümunədir”
Sentyabrın
8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Moldova Baş nazirinin müavini, xarici işlər və Avropa
inteqrasiyası naziri xanım Natalia Qerman ilə
görüşüb.
AzərTAc
xəbər verir ki, təkbətək və geniş tərkibli
görüşlərdən sonra Elmar Məmmədyarov və
Natalia Qerman birgə mətbuat konfransı keçiriblər.
E.Məmmədyarov
Azərbaycan ilə Moldova arasında yüksək səviyyəli
əlaqələrin olduğunu deyib. O bildirib ki, hər iki
ölkə üzv olduğu bütün beynəlxalq təşkilatlarda
eyni mövqedən çıxış edir.
Azərbaycan
xarici siyasət idarəsinin rəhbəri görüşdə
bir çox məsələlərin müzakirə edildiyini,
xüsusilə iqtisadi əlaqələrin diqqət mərkəzində
olduğunu deyib. Azərbaycanın Moldovaya investisiya
yatırması ilə bağlı məsələlər ətrafında
müzakirələrin aparıldığını bildirən
E.Məmmədyarov rəsmi Kişinyovun həm də biznes sahəsində
əməkdaşlığı daha da dərinləşdirməkdə
maraqlı olduğunu diqqətə çatdırıb. Nazir kənd
təsərrüfatı və energetika sahələrində də
əlaqələrin genişləndirilməsinin
planlaşdırıldığını əlavə edib.
Natalia
Qerman ölkələrimiz arasında münasibətlərin
istər siyasi, istər iqtisadi, istərsə də humanitar sahələrdə
yüksək səviyyədə olduğunu deyib. O bildirib ki,
qarşılıqlı səfərlər, keçirilən
görüşlər ikitərəfli münasibətlərin
inkişafına töhfə verməkdədir. Azərbaycan ilə
Moldova arasında beynəlxalq təşkilatlar çərçivəsində
də yaxşı əməkdaşlıq mövcuddur.
Natalia
Qerman deyib: “Biz istəyirik ki, ölkələrimiz arasında
iqtisadiyyat sahəsində əlaqələr daha da inkişaf
etsin. Azərbaycan iqtisadi və maliyyə baxımından
çox güclü dövlətdir, energetika sahəsində
böyük təcrübəsi var. Azərbaycanın təcrübəsi
Moldovanın inkişafı üçün nümunədir”.
O, həmçinin
bu ilin sonuna kimi Azərbaycan-Moldova hökumətlərarası
komissiyasının iclasının keçiriləcəyini
diqqətə çatdırıb.
Azərbaycan.-2014.- 9 sentyabr.- S. 2.