Prezident İlham
Əliyev Litvanın Azərbaycanda
yeni
təyin olunmuş səfirini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
9-da Litva Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Valdas Lastauskasın etimadnaməsini qəbul edib.
Səfir
Valdas Lastauskas fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Valdas
Lastauskas etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Görüşdə
Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin
inkişafından razılıq ifadə olundu, əlaqələrimizin
möhkəmləndirilməsində yüksək səviyyəli
qarşılıqlı səfərlərin önəmi qeyd
edildi.
Söhbət
zamanı əlaqələrimizin ikitərəfli və
çoxtərəfli formatda genişləndirilməsi
üçün yaxşı imkanların olduğu bildirildi,
ölkələrimiz arasında əməkdaşlığın
siyasi, iqtisadi, beynəlxalq təşkilatlar, o cümlədən
Avropa İttifaqı və NATO çərçivəsində
daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 10 sentyabr.- S.1.