Prezident İlham
Əliyev Norveçin
Azərbaycanda yeni təyin
olunmuş səfirini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
9-da Norveç Krallığının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Baard İvar Svendsenin etimadnaməsini qəbul edib.
Səfir
Baard İvar Svendsen fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Baard
İvar Svendsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Azərbaycan
Respublikası ilə Norveç Krallığı arasında
ikitərəfli əlaqələrin ümumilikdə
razılıq doğurduğunu deyən Prezident İlham
Əliyev səfir Baard İvar Svendsenin ölkəmizdəki
diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın
daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu
bildirdi. Prezident İlham Əliyev ölkələrimiz
arasında energetika sahəsində uzunmüddətli əlaqələrin
uğurla inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın
qeyri-enerji sektorunda da dərinləşdirilməsi
üçün qarşılıqlı marağın
olduğunu dedi.
Səfir
Baard İvar Svendsen ölkələrimiz arasında enerji sahəsində
uzunmüddətli fəal əməkdaşlığın
önəmini qeyd etdi. Norveçli diplomat Azərbaycandakı
diplomatik fəaliyyəti dövründə ikitərəfli
münasibətlərimizin genişləndirilməsi ilə
bağlı səylərini əsirgəməyəcəyini
vurğuladı.
Azərbaycan.-2014.- 10 sentyabr.- S.1.