Prezident İlham
Əliyev Malayziyanın
Azərbaycanda
yeni təyin olunmuş
səfirini qəbul edib
Sentyabrın
9-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Malayziyanın ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Dato Roslan Tan Sri Abdul Rahmanın etimadnaməsini qəbul edib.
Səfir
Dato Roslan Tan Sri Abdul Rahman fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Malayziyanın XIV Ali Başçısının və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Malayziya arasında ikitərəfli əlaqələrin genişləndirilməsinə qarşılıqlı marağın əhəmiyyəti qeyd edildi, bu əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, ölkələrimizin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığının önəmi vurğulandı.
Söhbət zamanı əlaqələrin iqtisadi, enerji və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham
Əliyev Malayziyanın XIV Ali
Başçısının və Baş
nazirinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Malayziya
dövlətinin başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi.
Azərbaycan.-2014.- 10 sentyabr.- S.1.