Azərbaycan Prezidenti İlham Əliyev
Moldova Baş nazirinin müavinini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
9-da Moldova Baş nazirinin müavini, xarici işlər və
Avropaya inteqrasiya naziri xanım Natalia Germanı qəbul edib.
Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edildi, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda bir-birinə verdikləri dəstəyin önəmi vurğulandı.
Söhbət zamanı ölkələrimiz
arasında əməkdaşlığın müxtəlif
istiqamətlərdə, o cümlədən
iqtisadi, ticarət, kənd təsərrüfatı,
infrastruktur layihələrinin həyata
keçirilməsi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2014.- 10 sentyabr.- S.1.