Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
ilə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında Anlaşma
Memorandumunun təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında 2014-cü il iyunun 24-də Qəbələ şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 9 sentyabr 2014-cü il
Azərbaycan.-2014.- 10 sentyabr.- S.1.