Ştefan Füle: Avropa İttifaqı Azərbaycanla
əlaqələrin
inkişafına önəm verir
İqtisadiyyat
və sənaye naziri Şahin Mustafayev Avropa
İttifaqının Şərq Tərəfdaşlığı
ölkələrinin energetika nazirlərinin IV qeyri-rəsmi
görüşündə iştirak etmək məqsədilə
Bakıda səfərdə olan Avropa İttifaqının
(Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti
üzrə komissarı Ştefan Füle ilə
görüşüb.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki,
görüşdə nazir Şahin Mustafayev Azərbaycan və
Avropa İttifaqı arasında əlaqələrin uğurla
davam etdiyini, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında etibarlı tərəfdaş olduğunu
və enerji sahəsində bir sıra layihələrin həyata
keçirildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və
Avropa İttifaqı arasında hüquqi bazanın yeniləşdirilməsi
istiqamətində də işlər davam etdirilir. Bu il
sentyabrın 1-dən etibarən vizaların sadələşdirilməsi
və readmissiya sazişləri qüvvəyə minib.
Azərbaycan
iqtisadiyyatına, ölkəmizin müxtəlif sahələrdə
qazandığı uğurlara dair məlumatları
qonaqların diqqətinə çatdıran nazir Şahin
Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin regional əməkdaşlığın
inkişafına, regionun potensialının tam
reallaşdırılmasına ciddi maneə olduğunu bildirib.
Komissar
Ştefan Füle Azərbaycanda gedən sosial-iqtisadi
inkişafı müsbət qiymətləndirib və Avropa
İttifaqının ölkəmizlə əlaqələrin
inkişafına önəm verdiyini qeyd edib.
Azərbaycan.-2014.- 10 sentyabr.- S.2.