Ermənistan NATO-nun Uels sammitində çox ciddi zərbə aldı

 

Sentyabrın 4-5-də keçirilən NATO-nun Uels sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin suverenliyinin dəstəklənəcəyi bildirildi. Bəyannamənin Azərbaycandan bəhs edilən 30-cu maddəsində deyilir ki, alyans tərəfdaşlıq etdiyi ölkələrin kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət müdafiə hüquqlarını dəstəkləməyə davam edəcək.

Sammitdə çıxış edən Prezident İlham Əliyev bir daha təcavüzkar Ermənistanın həyata keçirdiyi etnik təmizləmə, insanlığa qarşı törətdiyi soyqırımı cinayətlərini dünyaya bəyan etdi.  Dövlət başçısı bildirdi ki, Azərbaycan ilə NATO arasında tərəfdaşlığın iyirmi ili ərzində ölkəmiz alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrilib.

Prezident İlham Əliyevin NATO-nun sammitindəki çıxışı ölkəmizdə birmənalı olaraq yüksək səviyyədə qarşılanmış politoloqlar, siyasətçilər qeyd etmişlər ki, bu toplantıda da Azərbaycanın ərazi bütövlüyünün bir daha tanınması Ermənistanı çıxılmaz duruma salmışdır.

Milli Məclisin Təhlükəsizlik müdafiə komitəsinin üzvü Zahid Oruc hesab edir ki, Ermənistanın NATO-nun Uels samitində iştirakı simasızlıq idi. Çünki hamı bu ölkənin xarici siyasət maraqlarını addımlarını yaxşı bilir. Onun sözlərinə görə, bir dövlət ki bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü eyni zamanda, Rusiyanın hərbi bazalarının yerləşdiyi əsas məskən olaraq paralel şəkildə Avrasiya İqtisadi Birliyinə qoşulmaq qərarı veribsə, onun NATO ilə təmasları bir anlam kəsb etmir: "Şübhəsiz, Rusiyaya Ukrayna hadisələri üzündən bağlanmış qapılar Ermənistan üçün açılırsa, düşünmək olmaz ki, bu, sadəcə müxtəlif dövlətlərə bərabərhüquqlu yanaşmadan irəli gəlir. Belə hesab edirəm ki, NATO-nun Cənubi Qafqaz üçün xüsusi planı var Ermənistan guya Rusiya ilə razılaşdırılaraq o tədbirə getməklə orada casus rolunda çıxış edir. Öncə həmin qurumun tribunasından Azərbaycan əleyhinə çıxışları heç bir effekt vermədiyindən, əksinə, NATO-nun hazırkı dönəmdə, sanksiyaların dili ilə danışdığı zamanda Ermənistan çox ciddi zərbə aldı".

Zahid Orucun fikrincə, Prezident İlham Əliyevin çıxışında əsas diqqət ona yönəldildi ki, Azərbaycan bu gün Əfqanıstanın həyatında bir neçə istiqamətdə vacib missiyanı həyata keçirir. Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli yardım edir. Həmçinin ölkəmizin hava məkanı, o cümlədən qonşu regiondakı proseslərə təsirimiz baxımından əhəmiyyətli yer tuturuq: "Belə olan təqdirdə Azərbaycan sülh ixracatçısıdır. Bu sözü Ermənistan haqqında danışmaq olmaz. Ona görə NATO-nun Uels sammitinin zirvə görüşünü Ermənistan üçün çox uğursuz hesab edirəm. NATO Rusiyanı separatçı adlandırırsa, o zaman erməni qüvvələri separatçıdır. Əgər kənar müdaxilə ilə bunu həyata keçirirlərsə, Azərbaycanın praktikasında bu, Ermənistandır. Düşünürlər ki, Rusiyaya qarşı birləşmək lazımdır. Amma Ermənistan kimi işğalçı dövləti azad buraxırlar. Krıma görə Rusiyanı cəzalandırmaq məsələsi qaldırılırsa, o zaman Qarabağa görə Ermənistanı da cəzalandırmaq lazımdır. Cənab Prezidentin məntiqi siyasi üslubu çox güclüdür onun mövqeyi beynəlxalq aləmdə indi daha çox qəbul olunur. Qərb dairələri Azərbaycanın həqiqətlərini daha yaxşı başa düşürlər".

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə deyir ki, Uels sammitində dövlət başçısının çıxışı zamanı  fikirlərini məhz Dağlıq Qarabağ münaqişəsinə yönəltməsi müsbət haldır bu, onu göstərir ki, Ukraynada bu gün baş verən hadisələrlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinə dünya səviyyəsində diqqət var. Deputatın fikrincə, Azərbaycan da bu münaqişənin beynəlxalq səviyyədə həll olunmasında maraqlıdır beynəlxalq ictimaiyyətdən bu münaqişənin həllinə dəstək gözləyir. Asim Mollazadə bildirdi ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətdən təcavüzkara qarşı konkret təqiblər, sanksiyalar gözləyir: "Bu gün Ukrayna ilə bağlı belə bir sanksiyalar qəbul olunur. Ermənistan bu cinayətləri daha öncə həyata keçirib. Amma indiyə qədər münaqişə həll olunmayıb. Ona görə Azərbaycanın istəyi ondan ibarətdir ki, təcavüzkara qarşı ciddi tədbirlər, sanksiyalar tətbiq edilsin".

Deputatın sözlərinə görə, NATO-nun sammitində ən böyük iclas Əfqanıstan üzrə görüş olub. Bu iclasda 60-dan çox dövlət rəhbəri iştirak edib. Həmin iclasda çıxış edən dövlət başçısı İlham Əliyev ilk olaraq Dağlıq Qarabağ problemindən söz açıb, iclasda iştirak edən dövlət başçılarına Ermənistanın işğalçılıq siyasəti hazırda bu istiqamətdə vəziyyətin yerdə olması ilə bağlı məlumat verib.  Prezident iclas iştirakçılarına bir daha bildirib ki, Azərbaycan regional təhlükəsizlik sabitlikdə mühüm rol oynayır.  Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib bunun nəticəsində 1 milyondan artıq insan qaçqın məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir münaqişə həll olunmamış qalır.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 10 sentyabr.- S.4.