Görkəmli neftçi alimpedaqoq

 

Xalqın intellektual potensialının formalaşmasında görkəmli ziyalılarımız aparıcı rola malikdirlər. Elm adamları isə bu potensialın əsas daşıyıcılarındandır. Həmin potensialın ən fəal nümayəndələrindən biri də AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor, SSRİ-nin fəxri neftçisi, Azərbaycan Respublikasının əməkdar elmtexnika xadimi, əməkdar mühəndis, Azərbaycan Dövlət mükafatı laureatı Məmmədpaşa Piri oğlu Quluzadədir. Bu ilin sentyabr ayında xalqımızın fəxr etdiyi, adını uca tutduğu görkəmli alimin 100 yaşı tamam olur. Yeri gəlmişkən qeyd edək ki, bu insanın özü də, ömür yolu da, elmə, təhsilə xidməti də qələm adamı üçün çox söz deyir. Akademik Məmmədpaşa Quluzadə həssas, qayğıkeş insan, müstəqil düşüncəyə malik bir şəxsiyyət idi. Xalq arasında ona böyük hörmət və ehtiram var idi. Görkəmli alim bunu çoxillik gərgin və halal zəhməti, yüksək insani keyfiyyətləri sayəsində qazanmışdı. Həm ziyalı, həm alim kimi Azərbaycan elmində Məmmədpaşa Quluzadənin öz məktəbi, öz dəst-xətti var.

O, 1927-ci ildə Nəriman Nərimanov adına Sənaye Texnikumuna daxil olmuşdur. Burada təhsilini başa vurduqdan sonra 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun  (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Neft-mədən fakültəsinə daxil olmuş və 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, qazma üzrə dağ mühəndisi ixtisasına yiyələnmişdir.

M.Quluzadə 1938-1941-ci illərdə "Əzizbəyovneft" Neft - qazçıxarma idarəsində qazma üzrə texnik, qazma ustası, mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır.

O, 1941-1946-cı illərdə İkinci Dünya müharibəsi cəbhələrində iştirak etmiş, göstərdiyi şücaətlərə görə ordenmedallarla təltif olunmuşdur.

1946-cı ildən başlayaraq Məmmədpaşa Quluzadənin əmək fəaliyyəti Azərbaycan Sənaye İnstitutu ilə bağlı olmuşdur. O, 1946-cı ildə institutun əyani aspiranturasında oxumuş, 1949-cu ildə namizədlik, 1959-cu ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1951-1964-cü illərdə ardıcıl olaraq assistent, dosent, professor, "Neftqaz quyularının qazılması" kafedrasının müdiri, institutun  elmi işlər üzrə prorektoru vəzifələrində işləmiş, elmipedaqoji fəaliyyətini uğurla davam etdirmişdir.

1958-1964-cü illərdə Ümumittifaq "NeftQaz" jurnalının məsul redaktoru olmuşdur.

Akademik M.Quluzadənin elmi-tədqiqat işləri neft elminin və texnikasının inkişafına, xüsusən də neftqaz quyularının qazılma texnologiyasının nəzəriyyə və təcrübəsinə  həsr edilmişdir. Dərin biliyi, zənqin istehsalat təcrübəsi ona qazmanın mürəkkəb nəzəri və texnoloji problemlərini müvəffəqiyyətlə həll etməyə imkan vermişdir.

Elmi fəaliyyətinin əvvəlindən başlayaraq çox vacib, lakin mühəndislik nöqteyi-nəzərindən mürəkkəb istiqamət olan maili quyuların qazılması ilə məşğul olmuşdur. O, neft  qaz quyularının qazılmasının çox vacib və lazımlı bir sahəsi olan maili quyuların  qazılmasının elmi əsaslarının ardıcıllıq nəzəriyyəsinin yaradıcısı idi. Mürəkkəb şəraitdə mailiçox dərin (3000 metrdən artıq) quyuların qazılma texnologiyası, neft, qazqaz-kondensat yataqlarında optimal qazma məsələləri, turbinrotor qazmasının texnologiyası sahəsində tədqiqatlar  aparmışdır.

Maili quyuların qazılmasının nəzəri və təcrübi əsaslarının banisi kimi Məmmədpaşa Quluzadə neft elmi sahəsində şöhrətli bir məktəb yaratmışdır. Onun əldə etdiyi fundamental nəticələr həm quruda, həm də dənizdə neftqaz yataqlarının  kəşfiyyatı və istismarında həlledici rol oynamışdır

Onun rəhbərliyi ilə maili quyuların qazılmasında texnoloji proseslərin avtomatik idarə edilməsi, təkmilləşdirilməsi, dəniz neft-qaz yataqlarının küt üsulla qazılmasının optimal sxemi, qazılma prosesinin optimallaşdırılması, mailli profillərinin layihələşdirilməsi və s. sahələr üzrə müvəffəqiyyətlə elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Məmmədpaşa Quluzadənin rəhbərliyi altında aparılan elmi-tədqiqat işlərinin nəticələri Azərbaycanda, Qərbi Sibirdə, Qazaxıstanda, Krımda, Başqırdıstanda, Saxalində və başqa neft-qaz rayonlarında uğurla tətbiq edilmişdir.

Bu gün "Əsrin müqaviləsi"nin həyata keçirildiyi dövrdə Xəzər dənizində maili quyuların qazılması işlərinin  nəzəri və mühəndislik əsasını akademik Məmmədpaşa Quluzadənin yerinə yetirdiyi elmi-tədqiqat işləri təşkil edir. Bu üsulun geniş miqyasda tətbiqinə görə M.Quluzadə bir qrup alim və mütəxəssislə birlikdə 1972-ci ildə Azərbaycan Respublikasının  Dövlət mükafatına layiq görülüb.

Görkəmli alim nəzəriyyə ilə təcrübəni bacarıqla əlaqələndirərək tələbələrinə və gənc alimlərə elmi-tədqiqat işlərini bilavasitə istehsalata tətbiqetmə mərhələsinə çatdırmağı öyrədirdi.

Akademik dəfələrlə neft sənayesinin inkişaf problemləri ilə bağlı məruzə və çıxışları ilə ABŞ, Almaniya, Hindistan, Meksika və digər ölkələrdə keçirilən konqressimpoziumlarda Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. Məmmədpaşa Quluzadə 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1972-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Elm və texnikanın inkişafı və yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərinə görə M.Quluzadə "Lenin" və "Qırmızı Əmək Bayrağı", II dərəcəli Vətən müharibəsi ordenləri, bir çox SSRİ medalları və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Böyük alim SSRİ Nazirlər  Sovetinin ElmTexnika Komitəsi yanında dərin neftqaz quyularının qazılması texnikası və texnologiyasının təkmilləşdirilməsi üzrə elmi- texniki komissiyanın, SSRİ Neftçıxarma Sənayesi Nazirliyinin elmi-texniki şurasının, SSRİ Ali Təhsil Nazirliyinin neft təhsili üzrə elmi-texniki şurasının, Azərbaycan Elmlər Akademiyasının "Elmtorpaq" elmi şurasının doktorluq və namizədlik üzrə alimlik dərəcələri verən ixtisaslaşdırılmış elmi şuranın, Azərbaycan Ensiklopediyası baş redaksiyasının elmi şurasının, "Neftqaz" jurnalının ilk redaktoruredaksiya heyətinin üzvü olmuşdur.

Akademik M.Quluzadə 400 elmi əsərin, o cümlədən 15 monoqrafiya, 15 ixtira və kəşflərin və Azərbaycan dilində yazılmış ilk fundamental dərsliklərin, dərs vəsaitlərinin müəllifidir.

O, bilavasitə rəhbərlik etdiyi 10 elmlər doktorunun elmi məsləhətçisi olmuş və 45 texnika elmləri namizədi  hazırlamışdır.

M.Quluzadə məhsuldar elmi fəaliyyəti ilə yanaşı, ömrünün 50 ildən çoxunu yorulmadan yüksək ixtisaslı neftçi mühəndislərin hazırlanmasına sərf etmişdir. Pedaqoji səriştəsi ilə seçilən alim üçün tələbələrə göstərdiyi qayğı da yüksək amala çevrilmişdir.

Qədirbilən xalqımız öz görkəmli şəxsiyyətlərini heç vaxt unutmur, onların xatirəsini həmişə hörmətlə anır və onların adlarını yetişməkdə olan gənc nəslin yaddaşına həkk edir.

 

F.QƏDİROV,

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik

Azərbaycan.-2014.- 10 sentyabr.- S.5.