Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Baş nazirinin
birinci müavininin rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
10-da Qırğız Respublikası Baş nazirinin birinci
müavini, Azərbaycan-Qırğızıstan hökumətlərarası
iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek
Sarpaşevin rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
Baş
nazirin birinci müavini Tayırbek Sarpaşev
Qırğızıstan Prezidenti Almazbek Atambayevin
salamlarını dövlətimizin başçısına
çatdırdı.
Görüşdə
ölkələrimiz arasında siyasi əlaqələrin
razılıq doğurduğu vurğulandı, iqtisadi, ticarət,
humanitar və digər sahələrdə də əməkdaşlığın
inkişaf etdirilməsinin önəmi qeyd olundu,
Qırğızıstan Baş nazirinin birinci müavini, Azərbaycan-Qırğızıstan
hökumətlərarası iqtisadi-humanitar komissiyasının
həmsədri Tayırbek Sarpaşevin ölkəmizə səfərinin
bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi
işinə xidmət edəcəyinə əminlik ifadə
olundu.
Dövlətimizin
başçısı Prezident Almazbek Atambayevin salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Qırğızıstan dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2014.- 11 sentyabr.- S.1.