Azərbaycanın birinci xanımı Mehriban

 Əliyevaya həsr olunan kitab təqdim edildi

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan yeni kitab çapdan çıxıb.

Fondun icraçı direktoru Anar Ələkbərovun müəllifi olduğu kitabda birinci xanımın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti diqqətə çatdırılmaqla yanaşı, Mehriban Əliyevaya məxsus keyfiyyətlər ayrı-ayrı hadisələrin fonunda təqdim edilir.

Heydər Əliyev Fondundan AzərTAc-a bildiriblər ki, “Mehriban” adlı kitabda ölkənin birinci xanımının Vətənə və xalqa sevgisi, müxtəlif məsələlərə yanaşması, Azərbaycan Prezidentinin siyasətinə dəstək olaraq həyata keçirdiyi işlər, onun hər bir məsələdə insanların maraqlarını rəhbər tutması əksini tapıb.

Kitabdan bəzi hissələri oxuculara təqdim edirik:

 

O, yalnız ölkənin birinci xanımı deyil,

hamının əzizi, doğma Mehribanıdır

Mehriban xanım haqqında yazmaqfikir söyləmək böyük məsuliyyət tələb edir. Bu gün ölkənin ictimai həyatında adı bütün sahələrə nüfuz etmiş birinci xanım barədə müxtəlif kitablar yazılıb, ölkə daxilində və xaricində onun fəaliyyətini təfərrüatı ilə əks etdirən materiallar nəşr olunub. Əsasən rəsmi məlumatların yer aldığı bu nəşrlər onun xarakteri, daxili aləmi barədə dolğun təəssürat yaratmır. Bu səbəbdən peşəkar fəaliyyətimin böyük hissəsinin onun adı ilə sıx bağlı olduğunu nəzərə alaraq, bu gün ölkəmizdə xeyirxahlıq rəmzinə çevrilən Mehriban xanım haqqında yazmaqonun ictimai şüurda formalaşmış bitkin portretinə yeni cizgilər əlavə edərək daxili aləmini təqdim etmək istədim. Bu illər ərzində mən onun insanlara qayğıkeş münasibətini, vətəndaşların müraciətlərinə, ehtiyaclarına necə diqqətlə yanaşdığını, valideyn qayğısından məhrum olmuş uşaqlara himayədarlıq etdiyini, bir sözlə, böyük ürək sahibi olduğunu gördüm. O, öz əməlləri ilə sevilir, insanların hörmətini və etimadını qazanır. Məhz bu sevginin sayəsində o, yalnız ölkənin birinci xanımı Mehriban Əliyeva deyil, hamının əzizi, doğma Mehribanıdır”.

 

Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə

bütün dünyada tanınır, o, həm də çox gözəldir

 

“Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycanda son illər ərzində formalaşmış birinci xanım institutu dünyanın bir çox ölkələri üçün örnək ola bilər.

Ölkə Prezidentini müxtəlif səfərlərdə müşayiət edən birinci xanımın davranışı və görünüşü xarici kütləvi informasiya vasitələri üçün ayrıca müzakirə mövzusu olur. Mehriban xanımın xarici ölkələrdə yaşından asılı olmayaraq hər kəs tərəfindən, hətta uşaqlar tərəfindən tanınmasının dəfələrlə şahidi olmuşam. 2007-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya işgüzar səfəri çərçivəsində Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin açılış mərasimi idi. Tədbirdə hər iki ölkə prezidentlərinin və onların xanımlarının iştirakı nəzərdə tutulmuşdu. Hər ehtimala qarşı birinci xanımlara gül dəstələri təqdim edəcək gənc rumın qızlarına yaxınlaşaraq protokolda nəzərdə tutulduğu kimi onlardan hansının Azərbaycanın, hansının isə Rumıniyanın birinci xanımına gül dəstəsini verməsini izah etdimqonaq qismində olan Mehriban xanımı tanıyıb-tanımamaları barədə soruşdum. Hər ikisinin gülümsəyərək, səmimiyyətlə bir ağızdan “Biz öz ölkəmizin birinci xanımını üzdən tanımırıq. Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm də çox gözəldir” söyləməsi xoşunudulmaz təəssürat bağışladı”.

 

Mehriban Əliyeva ən xırda təfərrüatları belə

təhlil etmədən qərar vermir

“O, iti müşahidə qabiliyyətinə malikdir. Görüşlər, təbdirlər zamanı heç nə diqqətindən kənarda qalmır, illər öncə müşahidə etdiyi hansısa bir hadisəni bütün təfərrüatı ilə xatırlaya bilir. Hər şeyə praqmatik yanaşır, dərindən təhlil edirdüzgün qərar verməyi bacarır. Ən xırda təfərrüatları belə təhlil etmədən qərar vermir”.

O, heç kimi ümidsiz qoymur

Mehriban Əliyeva sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Ölkə başçısı ilə regionlara səfər edərkən onlarla görüşə toplaşan insanlarla çox mehriban davranmağı, müraciət edən hər kəsə diqqət göstərməsi, bəzən hətta kənarda dayanmış yaşlı bir insana yaxınlaşaraq hal-əhval tutması bunun əyani sübutudur.

2005-ci ilin aprel ayında Şamaxıya səfər çərçivəsində Şamaxı şəhər internat orta məktəbi ilə tanışlıq zamanı məcburi köçkün ailələri Mehriban xanıma yaxınlaşaraq ondan məskunlaşdıqları yataqxanaya baş çəkməsini xahiş etdilər. Təbii ki, səfər proqramına daxil olmayan bu gözlənilməz təklif təhlükəsizlik baxımından mühafizə xidməti tərəfindən birmənalı olaraq müsbət qarşılanmadı və məndən təkidlə xahiş olundu ki, Mehriban xanıma bu təklifi qəbul etməməyi çatdırım. Onun xasiyyətinə yaxşı bələd olan bir insan kimi, Mehriban xanımın ona üz tutmuş insanlara biganə yanaşmayacağına, əksinə ondan kömək uman hər bir kəsin olduğu kimi, bu insanların da problemlərini dinləyəcəyinə və həllinə çalışacağına əmin olduğumu bildirdim. Əlacsız qalan mühafizə xidməti protokol qaydalarını pozaraq Mehriban xanıma yaxınlaşıb israrla yalnız protokolda nəzərdə tutulmuş obyektləri ziyarət etməyi məsləhət gördü. O, gülümsəyərək məcburi köçkünlərin əhatəsində, onlarla söhbət edə-edə yataqxanaya doğru getdi. Mehriban xanımın buraya gəlişi onu səbirsizliklə gözləyən insanların, uşaqlardan tutmuş ağsaqqallara kimi hər bir kəsin hədsiz sevincinə səbəb oldu. O, hamını təmkinlə dinləyir, mövcud problemlərin araşdırılaraq imkan daxilində aradan qaldırılacağını söyləyirdi. Və cəmi bir neçə ay sonra - 2006-cı ildə Mehriban xanımın Şamaxıda keçirdiyi növbəti görüş məcburi köçkünlərə sonsuz sevinc bəxş etdiburada vaxtilə internat məktəbinin yataqxanası olmuş köhnə bina əsaslı şəkildə yenidən qurularaq və zəruri avadanlıqla təchiz edilərək çətin şəraitdə yaşayan gənc məcburi köçkün ailələrinin istifadəsinə verildi”.

 

Şəfqət onun xarakterinin nəzərə

çarpan xüsusiyyətidir

 

Mehriban xanımın uşaq evlərindəki körpələrlə görüşlərdən sonra qəlbində kədərli hisslərin baş qaldırdığının dəfələrlə şahidi olmuşam. Uşaq evləri və internat məktəblərini ziyarət edərkən hər bir xırdalığa fikir verir, mütləq mətbəxə baş çəkir, uşaqların qidalanması ilə maraqlanır, bütün şəraiti nəzərdən keçirir. Bu gün valideyn himayəsindən məhrum olmuşuşaq evlərində tərbiyə alan uşaqlar onun sayəsində qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə mühiti yaradılıb”.

Azərbaycanda qadın hərəkatında yeni bir mərhələ

Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açdı. Mehriban xanımın milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti müasir Azərbaycan qadınının cəmiyyətdəki mövqeyirolu barədə aydın təsəvvür yaradır. Onun şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb”.

 

Əzmkarlıq, işləri düzgün qurmaq bacarığı

bütün problemləri həll edir

 

İlk zamanlar Mehriban xanımın deputat seçildiyi Xəzər rayonunda ictimaiyyətlə görüşlərinin keçirilməsi üçün müvafiq yer müəyyən edə bilmirdik. Rayonda normal şəraiti olan mədəniyyət mərkəzi belə yox idi, görüşləri köhnə məktəb binalarının akt zalında keçirmək məcburiyyətində idik. Elə o vaxtlar Mehriban xanımın tapşırığı ilə rayonda mövcud olan problemlərin ardıcıl və vaxtında aradan qaldırılması məqsədi ilə Əzizbəyov rayonunun İnkişafı Fondu (indiki Xəzər İnkişaf Fondu) təsis edildi. Bu gün artıq Xəzər rayonu tamamilə yeni mənzərəyə malikdir. İnsanları ən çox narahat edən problemlər uğurla həllini tapıb. Yeni yollar çəkilib, parklar salınıb, təhsil, tibb, mədəniyyət obyektləri istifadəyə verilib. Mehriban xanım öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

...2005-ci il. Xəzər rayonu ictimaiyyəti ilə görüş keçirilir. Zirədə keçirilən görüş zamanı ağbirçək bir qadın Mehriban xanıma yaxınlaşaraq onu sidq ürəklə öz evinə çay içməyə dəvət edir. Mehriban xanım gələn dəfəki səfəri zamanı mütləq onun qonağı olacağına söz verir. Bir neçə ay sonra, 2006-cı ilin fevralında Xəzər rayonunda keçirilən tədbirlər bitəndən sonra Mehriban xanım həmin o qadının, 80 yaşına çatan Badam nənənin evinə getməyi unutmur. Uzun illər qəsəbə sovetinin katibi, sonra isə uşaq bağçasının müdiri işləmiş, öz həmyerlilərinin hörmətini qazanmış Badam nənə onu sonsuz sevinc hissi ilə, ən xoş sözlərlə qarşılayaraq, verdiyi bütün vədlərə əməl edən Mehriban xanıma səmimi arzularını yetirdi. Mehriban xanım onunla hal-əhval tutaraq səhhəti, dolanışığı, ailənin vəziyyəti ilə maraqlandı, öz hədiyyələrini təqdim etdi, onun mənzilinin təmir edilməsi və avadanlıqla təmin olunması barədə tapşırıqlarını verdi.

İctimai şüurda xeyirxahlıq mücəssəməsi kimi qəbul edilən Mehriban xanımın insani keyfiyyətləri, ailə dəyərlərinə sadiqliyi onun görkəmli alim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayevin və Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk qadın professor Aida İmanquliyevanın övladı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini olmasından da qaynaqlanır.

O, hər zaman xalqımızın mövqeyindən çıxış edərək Azərbaycan üçün çox böyük işlər görübbu işlərin altına öz imzasını atıb”.

Qeyd edək ki, “Mehriban” adlı kitabda Mehriban Əliyeva ilə bağlı maraqlı məqamlarla yanaşı, ölkənin birinci xanımının ailə üzvləri, eləcə də tanınmış ictimai-siyasi xadimlərin fikirləri yer alıb.

 

Azərbaycan.-2014.- 11 sentyabr.- S.4.