Şəkidə I Beynəlxalq Teatr Festivalı keçirilir
"Azərbaycan teatrı
2009-2019-cu illərdə" Dövlət Proqramının
icrasına uyğun olaraq sentyabrın 10-dan
19-dək respublika Mədəniyyət
və Turizm Nazirliyi və Şəki Şəhər
İcra Hakimiyyətinin
təşkilati dəstəyi
ilə Şəki şəhərində I Beynəlxalq
Teatr Festivalı öz işinə başladı.
Tanınmış mədəniyyət və
incəsənət xadimlərinin,
teatrsevərlərin, şəhər
ictimaiyyəti nümayəndələrinin
iştirak etdikləri
açılış mərasiminin
rəsmi hissəsində
əvvəlcə son illər
teatrların maddi-texniki
bazasının yaxşılaşdırılması
sahəsində həyata
keçirilən məqsədyönlü
tədbirlərdən bəhs
edən film nümayiş
etdirildi.
Mərasimi mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev açaraq Azərbaycan teatrının keçdiyi
tarixi yola qısa nəzər saldı, son illər teatrlarımızın qazandıqları
uğurlar barədə
danışdı. Nazir bildirdi
ki, bu gün
ilk dəfə olaraq yeni teatr mövsümü
Şəkidə açılır.
142 illik tarixi
olan Azərbaycan teatrının tarixində
yeni bir dövr başlanır.
XXI əsrin teatrının
düşüncəsi, qüdrəti
və qüvvəsi insanlarla bağlıdır.
O insanlarla ki, Azərbaycan teatrının
inkişafı yolunda özlərini fəda edirlər, öz istedad və bacarıqlarını əsirgəmirlər.
Sözsüz ki, bu teatr fədailəri
Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsindəki
tarixi xidmətlərini,
gördüyü işləri
yüksək qiymətləndirərək,
bu qayğıdan bəhrələnərək teatrın
inkişafına öz
töhfələrini verirlər.
Ə.Qarayev bildirdi ki, bu gün bəlkə
də bir neçə il
öncə ağlımıza
belə gəlməyən
bir layihənin gerçəkləşməsində iştirak edirik. Şəkidə I Beynəlxalq teatr
festivalı başlayır.
Teatr binasının yenidən qurularaq belə gözəl görkəm almasında, həmçinin
teatrın inkişafında
əməyi olan bütün insanlara təşəkkürünü bildirən nazir bu teatrda hələ
bir çox layihələrin həyata
keçiriləcəyinə əminliyini ifadə etdi. Vurğuladı ki, şübhəsiz
teatrın qapıları
həmişə nəinki
Şəki sakinlərinin,
eləcə də bütün regionun teatrsevərlərinin üzünə
açıq olacaq.
Ə.Qarayev dedi: "Son illər
Azərbaycanda teatr anlayışı o qədər
tanınıb, tamaşaçılar
tərəfindən qəbul
olunub ki, artıq tamaşaçıların
da tələbatı və maraqları haqqında düşünülür.
Son 8 ildə respublikamızın
teatrlarında 750-dən çox
yeni tamaşalar səhnələşdirilib və
ya bərpa olunub. Son 5 ildə
Azərbaycan teatrları
20-dən artıq ölkədə
öz tamaşalarını
nümayiş etdirməyə
müvəffəq olublar,
yəni Azərbaycan teatrını təbliğ
ediblər. Bu, çox yaxşı haldır. Hazırda teatrlarımızda dünyanın bir çox ölkələrinin
tanınmış teatr
xadimləri, rejissorlar,
aktyorlar, rəssamlar fəaliyyət göstərirlər.
Eyni zamanda, Azərbaycan teatrının yeni nəsli müxtəlif aparıcı teatrlarda təhsil alırlar".
Nazir bildirdi ki, bu gün
biz artıq teatrların
yeni binası haqqında deyil, yeni dünyası, müasir dövrün müasir teatrları haqqında düşünürük,
danışırıq. Çox
sevindirici haldır ki, bu gün
bu proses nəinki Azərbaycanın
paytaxtında, eləcə
də bütün bölgələrdə özünü
büruzə verməkdədir.
Ə.Qarayev çıxışının sonunda yeni teatr
mövsümünün bütün
teatrlar üçün
uğurlu olacağına,
çox maraqlı təqdimatların keçiriləcəyinə
əminliyini bildirdi.
Mərasimdə Şəki Şəhər
İcra Hakimiyyətinin
başçısı Elxan
Usubov çıxış
edərək belə mötəbər tədbirin
və festivalın Şəkidə keçirilməsinə
göstərdiyi dəstəyə
görə Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyinə
şəhər sakinləri,
teatrsevərlər adından
minnətdarlığını bildirdi. Vurğuladı ki, Azərbaycanın
qədim mədəniyyət
mərkəzlərindən olan Şəki artıq festivallar şəhərinə çevrilib.
Bu festival cari il Şəkidə keçirilən sayca
4-cü beynəlxalq festivaldır.
İcra başçısı bildirdi
ki, son illər respublikamızın hər
yerində olduğu kimi, Şəkidə də sənət ocaqlarının, tarixi abidələrin bərpasına
yüksək diqqət
və qayğı göstərilir. Tədbirin keçirildiyi, əsaslı
şəkildə yenidən
qurularaq 2013-cü ildə
istifadəyə verilən
bu yaraşıqlı
teatr binası da məhz Prezident
İlham Əliyevin Azərbaycan mədəniyyətinə,
teatrın inkişafına
göstərdiyi diqqət
və qayğının
bariz nümunəsidir.
İcra başçısı bu qayğıya görə dövlətimizin başçısına,
eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya şəkililər
və sənətsevərlər
adından minnətdarlığını
bildirdi.
Ölkəmizi festivalda on iki tamaşa ilə on iki teatr - Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar
Teatrı, Dövlət
Kukla Teatrı, həmçinin Gəncənin,
Şuşanın, Lənkəranın,
Mingəçevirin teatr
kollektivləri təmsil
edir. Azərbaycan Dövlət Pantomima Teatrının, Dövlət Rus Dram Teatrının, Şəki
Dövlət Dram Teatrının,
Qax Dövlət Kukla Teatrının, həmçinin Azərbaycan
Dövlət Musiqili Teatrının tamaşaları
da festival iştirakçılarının
ürəyincə olacaq.
Onu da qeyd
edək ki, Rusiya Federasiyası Kalmıkiya Respublikasının
Milli Dram Teatrı B.Manciyevin "Mən aktrisayam", Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı İrarı-Qayıpın "Estay-Korlan"
tamaşaları ilə
festivalda iştirak edirlər. Bu günlərdə
tamaşaçılara N.Qoqolun
"Evlənmə", L.Nurenin
"Müharibə", Ü.Hacıbəylinin
"Ər və arvad", Ə.Haqverdiyevin
"Kimdir müqəssir",
M.F.Axundzadənin "Müsyö
Jordan və dərviş
Məstəli şah",
X.Eçeqarayın "Mahir
aradüzəldənlər", Ə.Əmirlinin "Varlı
qadın" və digər maraqlı əsərlər təqdim
olunacaq. Tamaşalar Şəki Dövlət
Dram Teatrında və
Şəki Amfiteatrında
göstəriləcək. Festival müddətində Şəki Dövlət
Dram Teatrının foyesində
müxtəlif sərgilərin
təşkili də nəzərdə tutulur.
İki ildən bir keçirilməsi planlaşdırılan
Şəki Beynəlxalq
Teatr Festivalının
sonuncu günü sentyabrın 19-da görkəmli
gülüş ustası,
respublikanın xalq artisti, Dövlət mükafatı laureatı Lütvəli Abdullayevin anadan olmasının 100 illiyi münasibəti ilə mərasimin keçirilməsi və böyük sənətkarın
Şəki şəhərindəki
adını daşıyan
küçədə büstünün
açılışı da teatr bayramının
proqramına daxildir.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2014.- 11 sentyabr.- S.11.