Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın
Baş
naziri İrakli Qaribaşvilinin
geniş tərkibdə görüşü
Sentyabrın
11-də təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş
naziri İrakli Qaribaşvilinin nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüşü olub.
Nümayəndə heyətini ölkəmizdə bir daha salamlayan Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bu səfər ikitərəfli qardaşlıq əlaqələrinin inkişafına töhfə verəcək. Dövlətimizin başçısı ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin böyük tarixi olduğunu bildirdi, xalqlarımızın hər zaman sülh və əmin-amanlıq içində yaşadıqlarını dedi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Gürcüstan regionda yaxından əməkdaşlıq edir. Dövlətimizin başçısı nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrinə dair məsələlərin müzakirə ediləcəyini dedi. Prezident İlham Əliyev vurğuladı ki, nazirlər ikitərəfli və regional əməkdaşlığa dair məsələləri həll etmək məqsədi ilə daim təmasdadırlar.
Gürcüstanın Baş
naziri İrakli Qaribaşvili ölkəmizdə olmaqdan böyük şərəf
hissi duyduğunu dedi. Azərbaycana nümayəndə
heyəti ilə ilk dəfə rəsmi səfər
etdiyini bildirən İrakli
Qaribaşvili Gürcüstan
ilə Azərbaycanın yaxın dost, strateji tərəfdaş, qonşu
və qardaş ölkələr olduğunu söylədi və bu
əlaqələri daha da
dərinləşdirməyin əhəmiyyətini
vurğuladı.
Azərbaycan.-2014.- 12 sentyabr.- S.1.