Hindistan Respublikasının Prezidenti
Zati-aliləri cənab Pranab Mukherciyə
Hörmətli
cənab Prezident,
Ölkənizdə
baş vermiş təbii fəlakət nəticəsində
çoxsaylı insan tələfatı və
dağıntılar barədə xəbərdən son dərəcə
kədərləndim.
Bu
faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxınlarına, bütün Hindistan xalqına öz
adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verir, yaralananlara və
xəsarət alanlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 sentyabr 2014-cü il.
Azərbaycan.-2014.- 12 sentyabr.- S.1.