Baş nazirlərin
görüşündə Azərbaycan-Gürcüstan
münasibətlərinin
inkişafı məsələləri müzakirə olunub
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasizadə sentyabrın
11-də ölkəmizdə rəsmi səfərdə olan
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə
görüşüb.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın baş nazirlərinin təkbətək görüşü olub.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Gürcüstanlı həmkarını və nümayəndə heyətinin üzvlərini salamlayan Baş nazir Artur Rasizadə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Bildirildi ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində apardığı danışıqlar ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcək.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə ilk dəfə nümayəndə heyəti ilə rəsmi səfər etdiyini vurğuladı, Azərbaycanın Gürcüstan üçün qardaş ölkə və strateji tərəfdaş olduğunu diqqətə çatdırdı. Tarix boyu xalqlarımız və ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışan İrakli Qaribaşvili hökumətinin bu münasibətləri daha da dərinləşdirmək niyyətində olduğunu söylədi.
AzərTAc
Azərbaycan.-2014.- 12 sentyabr.- S.3.