15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının təsviri" təsdiq edilsin (Əlavə I).

2. "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının spesifikasiyası" təsdiq edilsin (Əlavə II).

3. "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının nümunəsi" təsdiq edilsin (Əlavə III).

4. Bu fərman 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 9 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 12 sentyabr.-  S.4.