Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli fərmanı ilə təsdiq edilmiş «Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli fərmanı ilə təsdiq edilmiş "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə"ni "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 222; 2008, ¹ 8, maddələr 720, 722, ¹ 11, maddə 980; 2009, ¹ 1, maddə 11, ¹ 11, maddə 882; 2010, ¹ 10, maddə 858; 2013, ¹ 9, maddə 1043) ilə təsdiq edilmiş "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 8.1-1-ci bənd əlavə edilsin:

"8.1-1. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı;".

 2. Bu fərman 2015-ci il dekabrın

1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 9 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 12 sentyabr.-  S.4.