Ekologiya və təbii sərvətlər naziri Ağstafa

şəhərində vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin sentyabr ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 11-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Ağstafa şəhərində Qazax, AğstafaTovuz rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən

AzərTAc-a bildiriblər ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibati binasında nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb.

Müraciətlər əsasən ətraf mühitinekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqis. məsələlərlə bağlı olub.

Qəbul zamanı H.Bağırov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

 

Azərbaycan.-2014.- 12 sentyabr.-  S.6.