Bakı şəhəri təhsil
işçilərinin ənənəvi sentyabr
konfransı keçirilib
Sentyabrın
11-də “Hilton Baku” otelində Təhsil Nazirliyinin və
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
(BŞTİ) birgə təşkilatçılığı
ilə paytaxtın təhsil işçilərinin ənənəvi
sentyabr konfransı keçirilib.
AzərTAc
xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin,
məktəb direktorlarının, müəllimlərin
iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan
Respublikasının dövlət himni səsləndirilib.
Konfransda
təhsil naziri Mikayıl Cabbarov çıxış edərək
bildirib ki, ulu öndər Heydər Əliyevin dahiyanə
uzaqgörənliklə müəyyənləşdirdiyi
strategiyanın həyata keçirilməsi nəticəsində
Azərbaycan sürətlə inkişaf edir, dövlətimiz
hər il yeni-yeni uğurlara imza atır. Ölkədəki
ictimai-siyasi sabitlik və dinamik tərəqqi təhsil sahəsinin
inkişafına da geniş imkanlar yaradıb.
Azərbaycan
Prezidenti İlham Əliyevin təhsilə xüsusi önəm
verdiyini vurğulayan nazir bu sahədə qazanılan
uğurlardan danışıb. Qeyd edilib ki, son 10 ildə
ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi
istiqamətində böyük işlər görülüb.
Bu müddətdə 2 min 800-dən çox yeni məktəb
binası tikilib və ya əsaslı təmir olunub, 1 milyondan
artıq şagirdin təlim şəraiti
yaxşılaşdırılıb. Təhsil Nazirliyi tərəfindən
2014-cü ildə 82 təhsil müəssisəsində, o
cümlədən 64 orta məktəbdə cari təmir
işləri aparılıb, 265 fizika, kimya, biologiya
laboratoriyaları müasir avadanlıqla təchiz edilib.
M.
Cabbarov bu gün təhsilin məzmununun yenilənməsinin
ön plana keçdiyini vurğulayıb.
Nazir
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”nın əhəmiyyətindən
də bəhs edib.
Konfransda
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdir əvəzi Elnur Əliyevin 2013-2014-cü tədris
ili üzrə hesabat məruzəsi dinlənilib.
Tədbirdə,
həmçinin Texniki Humanitar Liseyin direktoru Səidə
Zeynalova “Təhsil strategiyası və təlimlər”, 182
nömrəli məktəbin ibtidai sinif müəllimi
Aygün Kərimova “Müəllimlərin işə qəbulu
müsabiqəsi və sınaq qiymətləndirilmə”, 193
nömrəli orta məktəbin direktoru Rəhim Hüseynov “Təhsildə
kurikulumun tətbiqi” mövzularında çıxış
ediblər.
Üç
və daha artıq məzunu 2013-2014-cü tədris ilində
ümumi təhsili xüsusi nailiyyətlərlə başa
vuraraq qızıl medal qazandığına görə 10 məktəb
direktoru Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif
olunub.
Sonda
konfrans iştirakçıları adından Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət
qəbul edilib.
Azərbaycan.-2014.- 12 sentyabr.- S.7.