AMEA-nın GeologiyaGeofizika İnstitutu ilə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu arasında memorandum imzalanıb

 

Sentyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində AMEA-nın prezidenti, akademik Akif Əlizadə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MTİ) “Şərqi Aralıq dənizi və Qafqazın geodinamikası” layihəsinin rəhbəri, doktor Robert Reilingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyası ilə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu arasındakı mövcud əlaqələrin əhəmiyyətindən danışıb. Qeyd edib ki, geodinamikaseysmologiya sahələrində birgə tәdqiqatlar aparılıb, Azərbaycan әrazisindә GPS (Global Yertәyinetmә Sistemi) stansiyaları vә müşahidә mәntәqәlәri quraşdırılıb. Yerin tәkindә baş verәn proseslər alimlәr tәrәfindәn xüsusi GPS peyk sistemi vasitәsilә izlәnilir, önәmli mәlumatlar әldә edilib vә tәhlil olunub. Müvafiq istiqamәtlәrdә kadr hazırlığı mәqsәdi ilә akademiyanın gәnc әmәkdaşları MTİ-dә tәcrübә kurslarına da cәlb ediliblər.

Doktor R.Reilinger seysmik baxımdan aktiv zonalar olan Qafqazda vә Xәzәrdә aparılmış birgә tәdqiqatların uğurlu nәticәlәrindәn bəhs edibelmi әmәkdaşlığın səmərəli olduğunu vurğulayıb. Alim tәdqiqatların daha müasir tәcrübә vә üsullarla davam etdirilməsinin əhəmiyyətini də diqqətə çatdırıb.

AMEA-nın GeologiyaGeofizika İnstitutu ilə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Sənəddə “Geodeziyageodinamika laboratoriyası” adlı müştərək beynəlxalq laboratoriyanın yaradılması nəzərdə tutulur. Bundan məqsəd Böyük Qafqazda vә digər aktiv tektonik zonalarda təhlükəli geoloji proseslərin tədqiqatını davam etdirməkdir.

Laboratoriya geotermalkarbohidrogen ehtiyatların kəşfiyyatına, neftqaz rayonlarının təhlükə riskinin öyrənilməsinə, sürüşmə proseslərinin, palçıq vulkanlarının dinamikasının və atmosfer hadisələrinin yeni texnologiya əsasında araşdırılmasına imkan yaradacaq.

 

Azərbaycan.-2014.- 12 sentyabr.-  S.9.