Azərbaycan Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri
Mohammad Najib Tun Abdul Razakın təkbətək
görüşü
Malayziyanın
Baş naziri Mohammad
Najib Tun Abdul Razak Azərbaycana rəsmi
səfəri
Sentyabrın
12-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun
Abdul Razakın təkbətək görüşü olub.
Görüşdə
ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə
inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin
genişləndirilməsi üçün yaxşı
potensialın olduğu qeyd edildi. Malayziya Baş nazirinin Azərbaycana
səfərinin əhəmiyyəti vurğulandı. Ölkələrimiz
arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə
əminlik bildirildi.
Görüşdə
ikitərəfli, beynəlxalq və qarşılıqlı
maraq doğuran digər məsələlər barədə
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 13 sentyabr.- S.1.