Azərbaycan Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri
Mohammad Najib Tun Abdul Razakın
geniş tərkibdə görüşü
Malayziyanın
Baş naziri Mohammad Najib
Tun Abdul Razak Azərbaycana rəsmi səfəri
Sentyabrın
12-də təkbətək görüş başa
çatdıqdan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad
Najib Tun Abdul Razakın nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüşü olub.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
- Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar.
Sizi ölkəmizdə
salamlamaq istəyirəm. Ümidvaram ki,
Malayziya Baş nazirinin ilk səfəri uğurlu olacaq.
Təkbətək görüşümüz zamanı
biz ikitərəfli əlaqələrimizin
mühüm məsələlərini
müzakirə etdik və indi nümayəndə
heyətlərinin iştirakı
ilə bunu davam etdiririk.
Biz ikitərəfli əlaqələrə
böyük əhəmiyyət
veririk. Malayziya bizim üçün yaxın dost və tərəfdaşdır. Əminəm ki, bu səfər
əlaqələrimizə yeni
təkan verəcək
və biz siyasi, iqtisadi əlaqələrimizi
gücləndirəcəyik. Biz xalqlarımız arasında əlaqələrin
dərinləşməsi üzərində
çalışacağıq. Xalqlarımız ünsiyyət saxlamaq
və ikitərəfli
əlaqələrimizin uğurlu
inkişafına töhfə
vermək üçün
bir-birini daha yaxından tanımalıdırlar.
Əməkdaşlığımızın gündəliyi genişdir
və bir çox sahələri əhatə edir. Əminəm ki, səfərinizin çox yaxşı nəticələri olacaq.
Nümayəndə heyətlərinin üzvləri də ikitərəfli əlaqələrin
mühüm məsələləri
- siyasi, enerji təhlükəsizliyi və
regional təhlükəsizlik ilə bağlı müzakirələr aparacaqlar.
Buna görə də ümidvaram ki, biz fəal dialoq və dostluğumuzu davam etdirəcəyik. Təbii ki,
bu səfər çox əhəmiyyətlidir.
Çünki bu, qarşılıqlı
etimadın və dostluğun yaxşı göstəricisidir. Bir daha xoş gəlmisiniz.
X X X
Malayziyanın Baş naziri
Mohammad Najib Tun Abdul
RAZAK dedi:
- Cənab Prezident, belə səmimi və gözəl qəbula görə Sizə təşəkkür
edirik. Ötən gecə gələndə
dediyim kimi, Sizin rəhbərliyinizlə
sürətli və eyni zamanda, keyfiyyətli
inkişaf məni heyrətləndirdi. Bakının müasir şəhərə,
Azərbaycanın güclənən,
inkişaf edən, böyük potensialı olan ölkəyə çevrilməsini görmək
yeni nəfəs almaq deməkdir.
Zati-aliləri, Sizi bu mükəmməl
rəhbərliyiniz münasibətilə
təbrik etmək istərdim. Mən bu səfəri
səbirsizliklə gözləyirdim.
Ölkəniz barədə çoxlu
məlumatlar eşitmişdim
və gördüklərim
məni çox sevindirir. Mən gələcəkdə burada daha çox
vaxt keçirmək, bu gözəl mənzərəni görmək
istərdim.
İkitərəfli əlaqələrimizə gəlincə,
ölkələrimiz arasında
çox müsbət
münasibətlər var. Düşünürəm
ki, biz bu münasibətlərə əsasən
əməkdaşlığın bir çox sahələrini aşkar edə bilərik. Hesab edirəm ki, bunun əsasını Sizin ölkənizdə
neft və qaz sahəsində əməkdaşlıq təşkil
edəcək. Düşünürəm ki, bu gün
imzalanacaq Anlaşma Memorandumu əməkdaşlığımızın
inkişafında çox
mühüm bir mərhələnin başlanğıcı
olacaq.
Azərbaycan.-2014.-
13 sentyabr.-
S.1.