Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə"ni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 144, ¹ 9, maddə 677; 2005, ¹ 6, maddə 480, ¹ 10, maddə 910; 2006, ¹ 12, maddə 1055; 2007, ¹ 11, maddələr 1106, 1117; 2008, ¹ 3, maddə 177; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 294; 2011, ¹ 2, maddələr 81, 85, ¹ 6, maddə 494; 2012, ¹ 11, maddələr 1108, 1109; 2013, ¹ 11, maddə 1319) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.31-ci bənddə "əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün qalması, onlara" sözləri "əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə" sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 9.31-1-ci bənd əlavə edilsin:

"9.31-1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi, habelə müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilməsi (müddətinin uzadılması) ilə bağlı rəy vermək;".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 13 sentyabr.-  S.4.