«Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 374 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 374 nömrəli Fərmanını Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 374 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 514; 2002, ¹ 8, maddə 478; 2010, ¹ 4, maddə 288) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.2-ci yarımbənddə "6-cı" sözündən sonra ", 8-ci" sözü əlavə edilsin.

2. 2.1.4-cü yarımbənd ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 13 sentyabr.-  S.4.