Baş nazirlərin
görüşündə Azərbaycan ilə Malayziya
arasında əlaqələrin
inkişafından danışılıb
Malayziyanın Baş naziri Mohammad
Najib Tun
Abdul
Razak Azərbaycana rəsmi səfəri
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasizadə sentyabrın
12-də ölkəmizdə rəsmi səfərdə olan
Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak ilə
görüşüb.
Baş
nazir Artur Rasizadə malayziyalı həmkarına ölkəmizdə
həyata keçirilən iqtisadi islahatlar barədə ətraflı
məlumat verib. Əmin olduğunu bildirib ki, Malayziyanın
Baş nazirinin Azərbaycana rəsmi səfəri ölkələrimiz
arasında iqtisadi əməkdaşlığın genişlənməsinə
təkan verəcək.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən
danışan Baş nazir A. Rasizadə deyib ki, bu problem
yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll edilməlidir.
Malayziyanın
Baş naziri Mohammad Najib Tun Abdul Razak ölkəmizə rəsmi
səfərindən məmnun qaldığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevlə
apardığı danışıqları yüksək qiymətləndirən
Malayziyanın Baş naziri bu müzakirələrin
bütün sahələrdə ikitərəfli əlaqələrin
inkişafına təkan verəcəyinə əmin
olduğunu deyib. Səfər çərçivəsində
imzalanan sənədlərə toxunan Baş nazir Mohammad Najib
Tun Abdul Razak bunun ölkələrimiz arasında əməkdaşlığın
daha da dərinləşməsinə təkan verəcəyini
vurğulayıb.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
müzakirə olunub.
Azərbaycan.-2014.- 13 sentyabr.- S.5.