Bakıda Malayziya səfirliyinin
rəsmi açılış mərasimi olub
Malayziyanın Baş naziri Mohammad
Najib Tun
Abdul
Razak Azərbaycana rəsmi səfəri
Sentyabrın
12-də Bakıda Malayziya səfirliyinin rəsmi
açılış mərasimi olub.
Azərbaycanda
rəsmi səfərdə olan Malayziyanın Baş naziri
Mohammad Najib Tun Abdul Razak açılış mərasimdə
iştirak edib.
Mərasimdə
çıxış edən Malayziyanın Azərbaycandakı
səfiri Dato Roslan Tan Sri Abdul Rahman deyib ki, ölkələrimiz
arasında diplomatik əlaqələr çoxdan qurulub, lakin səfirliyimiz
bu gündən rəsmi fəaliyyətə başlayır.
Diplomat ölkələrimiz arasında ikitərəfli əlaqələrin
genişləndirilməsi üçün
qarşılıqlı marağın və potensial
imkanların olduğunu qeyd edib.
Malayziyanın
Baş naziri Mohammad Najib Tun Abdul Razak mərasimdə
çıxış edərək deyib ki, ölkəsinin
hökuməti Azərbaycanda səfirliyin açılması
barədə qərarından çox şaddır. Yeni səfirin
Azərbaycanda üç il fəaliyyət göstərəcəyini
deyən Baş nazir əminliklə bildirib ki, Azərbaycan-Malayziya
münasibətləri hər iki tərəf üçün
faydalı olacaq.
Sonra
Malayziya səfirliyinin rəsmi
açılışını bildirən lent kəsilib.
Malayziyanın
Baş naziri Mohammad Najib Tun Abdul Razak, Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov və digər qonaqlar
səfirliyin binası ilə tanış olublar.
Malayziyanın
Baş Naziri səfirliyin xatirə dəftərini imzalayıb.
Azərbaycan.-2014.- 13 sentyabr.- S.5.