Azərbaycanın mədəniyyət və turizm naziri

Türkiyənin milli müdafiə naziri ilə görüşüb

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri İsmət Yılmazla görüşüb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Ə.Qarayev qonağa Azərbaycanın mədəni həyatı ilə hər zaman yaxından tanış olmağa təşəbbüs göstərdiyi üçün təşəkkür edib. Bu diqqət bizim üçün böyük önəm daşıyır.

İsmət Yılmaz da ölkəmizə səfərləri zamanı gördüyü səmimiyyət və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək bu görüşlərin Azərbaycan ilə Türkiyə arasında dostluğun, qardaşlığın nümunəsi olduğunu vurğulayıb.

Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2014.- 13 sentyabr.-  S.6.