Gürcüstanın Baş
naziri İrakli Qaribaşvili
Bakı Ağ şəhər”
layihəsi ilə tanış olub
Gürcüstanın Baş naziri
İrakli Qaribaşvilinin
Azərbaycana rəsmi səfəri
Azərbaycanda
rəsmi səfərdə olan Gürcüstanın Baş
naziri İrakli Qaribaşvili sentyabrın 12-də “Bakı
Ağ şəhər” layihəsi ilə tanış olub.
Baş
nazir İrakli Qaribaşviliyə “Bakı Ağ şəhər”
layihəsi haqqında ətraflı məlumat verildi. Layihənin
İnkişaf Departamentinin rəhbəri Fuad Verdiyev bildirdi ki,
burada şəhərsalma işləri Prezident İlham
Əliyevin “2006-2010-cu illərdə Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılması üzrə kompleks tədbirlər
planı” çərçivəsində həyata
keçirilir. “Bakı Ağ şəhər”in təməl
daşı 2011-ci il dekabrın 24-də Prezident İlham
Əliyev tərəfindən qoyulub.
Diqqətə
çatdırıldı ki, Bakı buxtasının mərkəzində
yerləşən və 221 hektar sahəni əhatə edən,
vaxtilə “Qara şəhər” kimi tanınan bu ərazidə
yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və
böyük yaşayış mərkəzi yaradılacaq.
Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət
mərkəzləri tikiləcək, istirahət parkları və
yeni yaşayış mərkəzini dənizlə birləşdirən
bulvar salınacaq. Eyni zamanda, layihə çərçivəsində
köhnəlmiş sənaye obyektlərinin şəhərin
hüdudlarından kənara çıxarılması, neft və
neft tullantıları ilə çirklənmiş
torpaqların təmizlənməsi və geniş abadlıq işləri
nəzərdə tutulub.
“Bakı
Ağ şəhər”də 9,2 hektar ərazidə
yaradılacaq mərkəzi biznes rayonunda ümumilikdə 390
min kvadratmetr tikinti işləri aparılacaq. Bunun 237 min 900
kvadratmetri yaşayış, 85 min 800 kvadratmetri ofis, 66 min 300
kvadratmetri isə ticarət sahəsi kimi nəzərdə
tutulur.
Layihənin
hazırlanmasında yerli mütəxəssislərlə
yanaşı, xarici şirkətlərin əməkdaşları
da iştirak edirlər. Bildirildi ki, layihə “MİPİM Asia
Awards 2011” müsabiqəsinin “Mərkəzi və Qərbi
Asiyada gələcəyin ən yaxşı layihəsi”
nominasiyasının qalibi olub, habelə “Cityspace Global 2011” sərgisində
“Ən yaxşı şəhərsalma layihəsi”
nominasiyasında mükafat alıb.
“Bakı
Ağ şəhər” layihəsi Gürcüstanın Baş
nazirində böyük maraq doğurub.
Azərbaycan.-2014.- 13 sentyabr.- S.7.