Bakıda “Müasir
müharibə metodları və təhlükəsizlik
çağırışları”
mövzusunda konfrans işə başlayıb
Sentyabrın
12-də Bakıda, “Jumeirah Bilgah Beach” otelində “Müasir
müharibə metodları və təhlükəsizlik
çağırışları” mövzusunda konfrans işə
başlayıb.
AzərTAc
xəbər verir ki, birinci Azərbaycan Beynəlxalq müdafiə
sənayesi sərgisi “ADEX 2014” çərçivəsində
keçirilən konfransda 100-dən artıq mütəxəssis,
hərbi ekspert, eləcə də dövlət
strukturlarının və şirkətlərin nümayəndələri
iştirak edirlər.
Tədbirdə
müasir hərbi-texniki siyasət üzrə aktual məsələlər
müzakirə olunur.
Konfransda
Azərbaycanın müdafiə sənayesi naziri Yavər
Camalov çıxış edərək bildirib ki,
respublikamızın son illər beynəlxalq aləmdə
qazandığı uğurlar onu deməyə əsas verir ki,
artıq Azərbaycan bütün sahələrdə
davamlı inkişafa nail olub. Bakıda keçirilən beynəlxalq
sərgidə dünyanın 34 ölkəsindən 200-dən
çox şirkət və rəsmi heyət iştirak edir. Sərgidə
xeyli sayda ölkələrin şirkət və özəl
qurumlarının iştirak etməsi onu göstərir ki,
2005-ci ildən fəaliyyət göstərən Azərbaycan
Respublikasının Müdafiə Sənayesi Nazirliyi qısa
müddətdə hərbi-texniki əməkdaşlıq sahəsində
böyük uğurlar qazanıb. Hazırda dünyanın 34
ölkəsinin hərbi sənaye kompleksi ilə və digər
aidiyyəti qurumları ilə uğurlu əməkdaşlıq
əlaqələri yaratmağa nail olmuşuq. Ümidvaram ki, sərginin
keçirildiyi müddətdə əməkdaşlıq
etdiyimiz tərəfdaşların sayı daha da artacaq.
Nazir
diqqətə çatdırıb ki, ümummilli lider Heydər
Əliyevin qurduğu müasir Azərbaycan Respublikası
müstəqilliyini əldə etdiyi illərdən bu günədək
uğurlu inkişaf yolu keçib. Xüsusilə son dövrlərdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
uğurlu daxili və xarici siyasəti nəticəsində
respublikada siyasi, iqtisadi və hərbi sahədə
böyük uğurlar əldə edilib. 2005-ci ildə
Müdafiə Sənayesi Nazirliyinin yaradılması və
ölkədə bu sahədə fəaliyyət göstərən
dövlət müəssisələrinin nazirliyə tabe edilməsi
Azərbaycanda müdafiə sənayesinin inkişafına
böyük təkan verib. Ötən müddətdə biz
yeni və müasir istehsal sahələri yaradaraq davamlı
inkişafa nail olmuşuq. Eyni zamanda, hərbi-texniki əməkdaşlıq
sahəsinə də xüsusi diqqət göstərməklə
müxtəlif beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq
əlaqələri yaratmışıq.
Sonra
Türkiyə Respublikası Müdafiə Sənayesi
Müsteşarı İsmail Demir, Yeni Amerika Təhlükəsizlik
Mərkəzinin prezidenti Richard Fontaine və digər şəxslərin
məruzələri dinlənilib.
Konfransda
Azərbaycan Respublikasının Müdafiə Sənayesi
Nazirliyinin hazırladığı film nümayiş edilib.
Azərbaycan.-2014.- 13 sentyabr.- S.7.