Honduras Respublikasının
Prezidenti Zati-aliləri
cənab Xuan Orlando Ernandes Alvaradoya
Hörmətli
cənab Prezident,
Honduras
Respublikasının milli bayramı – Müstəqillik
günü münasibətilə Sizi və
xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram
ki, Azərbaycan-Honduras münasibətləri daim dostluq və əməkdaşlıq
zəminində inkişaf edəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir, dost
Honduras xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 11 sentyabr 2014-cü il.
Azərbaycan.-2014.- 14 sentyabr.- S.1.