Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı»nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 3, maddə 172; 2012, ¹ 2, maddə 68, ¹ 5, maddə 426, ¹ 9, maddə 851, ¹ 12, maddə 1248; 2013, ¹ 9, maddə 1063) ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nın 4.3-cü və 4.4-cü bəndlərində "Dövlət Sərhəd Xidməti" sözlərindən sonra ", Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 9 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 14 sentyabr.-  S.1.