Azərbaycan Respublikasının Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi ilə KNF
Polşanın Maliyyə Nəzarəti Agentliyi
arasında ikitərəfli əməkdaşlıq haqqında
Memorandumun təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə KNF-Polşanın Maliyyə Nəzarəti Agentliyi arasında ikitərəfli əməkdaşlıq haqqında 2014-cü il mayın 21-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu fərmanın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 9 sentyabr 2014-cü il
Azərbaycan.-2014.- 14 sentyabr.- S.2.