Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdmanTurizm Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdmanTurizm Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair 2014-cü il iyulun 4-də Quba şəhərində imzalanmış saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 9 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 14 sentyabr.-  S.3.