«Azərbaycan Respublikasının ərazisində
müvəqqəti və daimi yaşamaq üçün
icazə vəsiqələrinin, habelə əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasında müvəqqəti
olma müddətinin uzadılması barədə
qərarın təsvir, spesifikasiya və
nümunələrinin təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanını Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 223) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri"nin altıncı hissəsində "əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə" sözləri "pasport və ya digər sərhədkeçmə sənədi ilə" sözləri ilə əvəz edilsin.
2. Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi"nin arxa tərəfində "əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə" sözləri "pasport və ya digər sərhədkeçmə sənədi ilə" sözləri ilə, "the foreigner's passport or stateless person's identification document" sözləri "the passport or other travel document" sözləri ilə əvəz edilsin.
3. Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin təsviri"nin altıncı hissəsində "onu təqdim edən şəxsin immiqrant statusunu təsdiq edir və əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə" sözləri "pasport və ya digər sərhədkeçmə sənədi ilə" sözləri ilə əvəz edilsin.
4. Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi"nin arxa tərəfində "onu təqdim edən şəxsin immiqrant statusunu təsdiq edir və əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə" sözləri "pasport və ya digər sərhədkeçmə sənədi ilə" sözləri ilə əvəz edilsin, "confirms the immigrant status of its holder and" sözləri çıxarılsın və "the foreigner's passport or stateless person's identification document" sözləri "the passport or other travel document" sözləri ilə əvəz edilsin.
5. Həmin fərmanla təsdiq edilmiş "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsviri"nin ikinci hissəsinin səkkizinci abzasında "əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim olunduqda Azərbaycan Respublikasından vizasız çıxmaq" sözləri "pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda, Azərbaycan Respublikasından çıxmaq" sözləri ilə əvəz edilsin.
6. Həmin fərmanla təsdiq edilmiş "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın nümunəsi"ndə "əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim olunduqda Azərbaycan Respublikasından vizasız çıxmaq" sözləri "pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda, Azərbaycan Respublikasından çıxmaq" sözləri ilə, "without a visa when produced together with the foreigner's passport or stateless person's identification document" sözləri "when produced together with the passport or other travel document" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 sentyabr 2014-cü il
Azərbaycan.-2014.- 14 sentyabr.- S.3.