«Miqrasiya proseslərinin
idarə olunmasında «bir pəncərə»
prinsipinin tətbiqi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli
69 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanını Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 3, maddə 161; 2011, ¹ 6, maddə 509; 2013, ¹ 9, maddə 1047) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissə üzrə:
1.1. 3.1-ci və 3.2-ci bəndlərdə "fərdi icazələrin verilməsi" sözləri "iş icazələrinin verilməsi (müddətinin uzadılması)" sözləri ilə əvəz edilsin;
1.2. 3.3-cü bəndə "icazələrin verilməsi" sözlərindən sonra "(müddətinin uzadılması)" sözləri əlavə edilsin;
2. 5-ci hissə ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
11 sentyabr 2014-cü il
Azərbaycan.-2014.-
14 sentyabr.-
S.4.