Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanları ləğv edilsin:

1. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 iyun tarixli 467 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹1, maddə 20; 2008, ¹3, maddə 168, ¹ 8, maddə 713).

2. "İmmiqrasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 114 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹3, maddə 166; 2008, ¹3, maddə 168, ¹8, maddə 713; 2009, ¹ 7, maddə 532).

3. "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 29; 2004, ¹ 1, maddə 19; 2008, ¹ 3, maddə 168, ¹ 6, maddə 482, ¹ 9, maddə 798; 2009, ¹ 7, maddə 532; 2011, ¹ 6, maddə 507).

4. "Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətə baxılması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 773 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 8, maddə 493; 2008, ¹ 3, maddə 168; 2009, ¹ 1, maddə 11, ¹ 5, maddə 331, ¹ 7, maddə 532, ¹ 12, maddə 993; 2010, ¹ 9, maddə 770).

5. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 2, maddə 92; 2008, ¹ 3, maddə 168).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 14 sentyabr.-  S.4.