1918-ci ilin 15 sentyabrından əvvəlki Qarabağ

 

Azərbaycan tarixi: 1918-ci ilin sentyabr günləri

 

Bolşevik qüvvələri ilə birləşərək məqsədlərinə çatmaq - Azərbaycanın əzəli torpaqlarında özlərinə dövlət yaratmaq istəyən erməni siyasi hərbi təşkilatları 1918-ci ilin martında Bakıda başladıqları qırğınları bütün ölkə boyu həyata keçirməyə can atırdılar. Qubada, Lənkəranda, Salyanda, Xaçmazda baş verən faciələr Bakıdan uzaqlaşdıqca daha ağır, daha qanlı xarakter alırdı. Qarabağda, Zəngəzurda, İrəvanda törədilən vəhşiliklər bunu bir daha sübut edir. O vaxt Üzeyir bəy Hacıbəyli 1918-ci ilin mart-may aylarında ermənilərin qansız hərəkətləri ilə bağlı yazırdı ki, əgər Osmanlı türk qəhrəmanları vaxtında köməyə gəlməsəydilər azğınlaşmış ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə bütün Azərbaycanda daşı daş üstə qoymazdılar...

 

Gözlənilən bir qətlin tarixçəsi

 

Ermənilər Qafqazda, xüsusilə Azərbaycan ərazilərində heç vaxt bu sayda yaşamayıblar. Rus tarixçisi N.Şavrov hələ 1911-ci ildə nəşr olunan "Zaqafqaziyada rus mənafeyi üçün yeni təhlükə" adlı kitabında yazırdı ki, "XX əsrin başlanğıcında Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan artığı buranın yerli əhalisi deyildir: onlar buraya bizim tərəfimizdən köçürülmüşlər." "Ermənilər, əsasən, müsəlman mülkədarlarının torpaqlarında yerləşmişlər" - deyən diplomat dramaturq A.Qriboyedovun ölməmişdən (öldürülməmişdən) əvvəlki etirafları da diqqətdən kənarda qalmamışdır.

Ermənilərin Qafqaza sonradan gəlmələrini erməni alimlərinin özləri etiraf ediblər. Ermənistan SSR EA-nın ilk prezidenti G.Orbeli 1963-cü ildə yazırdı ki, "İndiki Dağlıq Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş, sonradan erməni feodalları tərəfindən zəbt edilmişdir".

Ancaq bu etiraflar  yüz illərdir davam edən faciələrin qarşısını ala bilmədi. Azərbaycana axışıb gəldikləri gündən erməni ideoloqları Bakıdan Tiflisə qədər bütün azərbaycanlıları qırıb Kür çayına, Qubadan Astarayadək yaşayanları isə Xəzər dənizinə tökmək barədə plan qurmaqla məşğul idilər. Həm dəhşətlisi o idi ki, ermənilər heç vaxt yaşamadıqları bu yerlərə ciblərinə daş dolduraraq gəlmişdilər. Şahidlərdən biri xatırlayır ki, "...ermənilər azərbaycanlıları qıra-qıra Göyçaya çatmışdılar. Onlar görülməmiş vəhşiliklər törədir, hamilə qadınların qarnını yarıb uşağı nizəyə keçirir, divara sancır, camaatı məscidə doldurub yandırır, qız gəlinlərin kürəyinə qaynar samovar bağlayır başqa vəhşiliklər edirdilər".

Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra onun ilk qərarlarından biri Birinci Dünya müharibəsi başlanandan sonra Zaqafqaziyanın müsəlman-azərbaycanlı əhalisinin başına gətirilən müsibətlərin tədqiq edilməsi dəymiş zərərin müəyyənləşdirilməsi üçün Fövqəladə İstintaq Komissiyasının yaradılması oldu. Sənədlər materiallar bir daha təsdiq edir ki, Qarabağ ətrafında söz-söhbətlər ancaq erməni liderlərinin separatçı hərəkətləri nəticəsində böyüyərək qanlı faciəyə çevrilib.

Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra ermənilərin vaxtilə məskunlaşdığı, yaxud silah gücünə ələ keçirdikləri kəndlərə silah daşınması daha da artdı. Faktlar sübut edir ki, Qafqaz cəbhəsindən qaçan erməni əsgərləri Qarabağdakı kəndlərinə qayıdarkən özləri ilə çoxlu miqdarda tüfəng, pulemyot hər cür döyüş sursatı gətirirdilər. Beləliklə, ibtidai insanların daş toplamaq daşla vuruşmaq vərdişləri artıq ermənilərin timsalında yeni bir formaya keçdi...

1918-ci ilin 29 mayında İrəvanı ələ keçirərək Azərbaycan ərazilərində özlərinə dövlət quran ermənilər bununla kifayətlənməyərək ardınca, indiki kimi, "Qarabağ Respublikası" yaratmaq həvəsinə düşdülər. Bu yolda onlar üçün hər cür vasitə qəbul idi - o vaxt Azərbaycan kəndlərinin talan edilməsi, dinc adamların qətlə yetirilməsi digər vəhşiliklər adi hal almışdı.

 

Fitnəkar qarşısında

 

Üzeyir bəy Hacıbəyli o dövrdə

qələmə aldığı "Qarabağ haqqında" məqaləsində erməni vəhşiliklərini belə təsvir edirdi: "Təqribən bir ay bundan əvvəl idi ki, Qarabağdan gələn ahu-fəryadlar həm hökumətimizi, həm cəmiyyətimizi təhciz etməklə Azərbaycan torpağının bu hissəsinə xüsusi bir nəzər yetirməsini istəyirdi. olmuşdu orada? Ermənilərin generalı ədd olunan Andranik öz xunxar dəstəsilə Qarabağın Zəngəzur adlanan uyezdi üzərinə tökülüb müsəlman əhalisini qətli-qarət kimi quldurlara məxsusu əməlləri ilə tədhiş edib "müsəlmanlardan təmizləmək" istəyirdi. Şübhəsiz ki. hökumətimiz Azərbaycan türklərinə qarşı icra edilən rəva görülən bu vəhşilklərə göz yuma istimdad fəryadlarına qulaq asmaya bilməzdiE"

1918-ci il avqustun əvvəllərində Andranik öz quldur dəstələri ilə Zəngəzur Qarabağ torpaqlarında dinc əhaliyə divan tutarkən Azərbaycan hökuməti rəsmi məktubu ilə Ermənistandan Andranikin quldur dəstəsini geri çəkməyi tələb edir, lakin erməni hökuməti riyakarlıqla Andraniki tanımadıqlarını bildirir: "...general Andranik onun dəstəsinin Ermənistanın milli qoşunları dövlət orqanları ilə heç bir əlaqəsi yoxdur Ermənistan Respublikasının hökuməti onların məsuliyyətsiz hərəkətlərinə çavabdeh deyildir".

Azərbaycan hökuməti Qarabağ general-qubernatorluğunu yaratmaq məcburiyyətində qaldıqda isə bu, erməni haqlarının pozulması kimi böyük səs-küyə səbəb oldu. Bu zaman Azərbaycan XİN-nin cavabı da özünü çox gözlətmədi: "Sizin hökumətin Azərbaycan Respublikasının Cavanşir, Şuşa, Cəbrayıl Zəngəzur rayonlarında müvəqqəti general-qubernatorluğun təsis edilməsinə etirazı əsassızdır. Çünki bu rayonlar Azərbaycanın ayrılmaz hissəsidir. Ali idarəetmə qaydasında Azərbaycan hökumətinin təkcə hüquqi deyil, hətta mənəvi borcu qayda-qanunun bərpası üçün  ölçü götürmək milliyyətindən asılı olmayaraq öz ərazisində yaşayan vətəndaşların həyatını, şərəfini, əmlakını məsuliyyətsiz şəxslərin zorakılığından qorumaqdır..."

O dövrdə - 1918-ci ilin əvvəllərində Şuşaya girə bilməyən ermənilər onu hətta "Qarabağ Respublikası"nın - "Kiçik Ermənistan"ın paytaxtı elan edərək Ağdamdan Əsgərana gələn yolu bağlamışdılar. Bu vaxt yenicə qurulan Azərbaycan hökuməti təcili surətdə Həsən Bəsri bəyi Şuşaya, Kazım bəyi Qaryaginə (indiki Füzuli), Fəxri bəyi isə Ağdama komendant təyin etdi. Ermənilər komendantların hakimiyyətini tanımayaraq iki həftə ərzində qurultay keçirib etirazlarını bildirsələr , istəklərinə çata bilmədilər. Belə ağır şəraitdə Şuşadakı azərbaycanlılar 4 könüllü dəstə yaradıb 15 yaşından 60 yaşınadək bütün silah tuta bilənləri siyahıya aldılar. 45 yaşından yuxarı olanlar isə ehtiyatda idilər. O dövrdə böyük bir şücaətlə öz adını şərəfini qorumağı bacaran qarabağlılar Bakının türk Azərbaycan qoşunları tərəfindən azad edilməsi xəbərini böyük sevinclə qarşıladılar. Dörd ay qəhrəmanlıqla müdafiə olunan Şuşanı 1918-ci il sentyabrın 25-də İsmayıl Həqqi bəyin başçılığı altında Qarabağa gələn qəhrəman türk Azərbaycan qoşunları ermənilərin mühasirəsindən xilas etdi. O vaxtkı "Qarabağ Respublikası rəhbərləri"nin itaətdən Azərbaycan dövlətini tanımaqdan başqa yolu qalmadı...

P.S. Üzeyir bəy Azərbaycan-türk qoşunları qarşısında itaətə məcbur olan bu millətin daha bir xarakterini "Fitnələr qarşısında" məqaləsində çox gözəl ifadə edib. Təəssüf ki. sonrakı illərdə başımıza gələnlər bu həqiqətin dəyişmədiyini bir daha təsdiq etdi: "Daşnakların andraniklərin vasitəsilə üzərimizə atılan top tüfəng güllələrini dəf etmək bunların iftira böhtanlarını rədd etmək işindən çox asandır. Çünki ermənilər cəngavərlikdən artıq böhtan iftira qurmaqla məşhurdular. Odur ki, bu günə "danoslar" hücumuna iftiralar "niş"inə qarşı qəlbimizi bir o qədər sıxmayıb Sədinin: "Nişe-əqrəb əz-rəhe kin əst. iğtezaye təbiətəş in əst" -  beyti ilə mütəsəlli ola bilərik,  yəni əqrəbin neştəri ilə sancması onun kinindən deyil, təbiətən xasiyyəti budur.

Lakin bununla böylə özümüzü "əqrəb"lərdən qorumaq hər bir cəhətcə borcumuzdur. Çünki bunların "niş"i kin üzü ilə olsun ya təbiətlərinin iqtisazası olsun, insanın canını ağrıdır əziyyətinə səbəb olur."

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 14 sentyabr.-  S.7.